Cəbrayıllıların doğma yurdlarına qayıdışının dördüncü ili

Cəbrayıllıların doğma yurdlarına qayıdışının dördüncü ili
Fərəh Hüseynova 
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 saylı orta məktəbin direktoru
2020-ci il 27 sentyabrda başlanan 44 günlük II Qarabağ müharibəsində Cəbrayıl şəhəri işğaldan azad olunan ilk bölgəmiz oldu. Cəbrayıl şəhərinin işaldan azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki növbəti qələbələr üçün bir başlanğıc idi. Cəbrayıldan sonra Hadrut və daha sonra oktyabrın 17-də uğurlu Füzuli əməliyyatı həyata keçirilmişdir. Bu ərazilərin mənfur düşmənlərdən təmizlənməsi heç də asan başa gəlməmişdir. Qəhrəman, yenilməz Azərbaycan ordusu düşmən istehkamlarını yarmaq üçün misilsiz rəşadət göstərmişdir. Müzəffər ordumuz qalibiyyətlə irəliləyərək digər ərazilərimizi də düşmən tapdağından azad etmişdir. Şuşa şəhərinin işğaldan azad olunması isə müharibənin həlledici anı oldu. Ermənistan ordusu Azərbaycanın məğlubedilməz ordusunun qarşısında duruş gətirə bilmədiyini anlayıb noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.
Cəbrayıl şəhərinin azad olmasından dərhal sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlar vermişdir. İlk növbədə ərazi minalardan təmizləndi. Daha sonra yol çəkilişi, eləcə də digər abadlıq və quruculuq işləri həyata keçirildi. Qısa zaman ərrzində əhalinin rahat yaşayışını təmin etmək üçün tikinti işləri həyata keçirildi. 30 il ərzində düşmən bu yerlərdə demək olar ki, bir dənə də salamat bina qoymamışdı. Lakin bu gün Cəbrayıl şəhəri yenidən qurulur. Artıq bu yerlərin doğma sakinləri 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar.
2024-cü il oktyabr ayının 4-də Cəbrayılın azad oluduğu gün xeyli sakin öz doğma yurduna qovuşdu. Möhtərəm Prezident İlham Əliyev inşa olunan mənzillərin açarlarını sakinlərə təqdim etdi. Bu sevinc və qürur hisslərini sözlə ifadə etmək çox çətindir.
Əminəm ki, Azərbaycan xalqının bu tarixi qələbəsi əbədi olacaq . Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki qüdrətli Azərbaycan dövləti var heç bir qüvvə bizi məğlub edə bilməyəcək.