Cəbrayıl şəhəri 4 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərləri tərəfindən azad edilmişdir
Səkinə Salmanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli orta məktəbin müəllimi
Azərbaycan tarixinin ən diqqət mərkəzində olan məsələlərindən biri 44 günlük Vətən müharibəsidir.Müharibə 27 sentyabr başlamış,10 noyabr bəyənnaməsi ilə bitmişdir.Müharibə zamanı ilk azad olunan şəhər mərkəzi Cəbrayıl olmuşdur. Cəbrayıl şəhəri 4 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərləri tərəfindən azad edilmişdir. Şəhər azad olunduqdan sonra prezident İlham Əliyev tərəfindən 4 oktyabr-Cəbrayıl şəhəri günü kimi qeydə alınmışdır. Onun sözlərinə görə,Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır.Həqiqətən də tarixi əhəmiyyət daşıyan bu şəhərin azad olunması həm hərbi hissələr,həm də xalq tərəfindən böyük sevinc və coşğu ilə qarşılandı.
Silahlı qüvvələrimiz böyük peşəkarlıq,qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Cəbrayılın azad olunması Hadrut əməliyyatının uğurlu olmasına səbəb oldu. 9 oktyabr əməliyyat nəticəsində Hadrut və ətraf ərazilər işğaldan azad olunmuşdur. Hadrutdan sonra Fizuli şəhəri 17 oktyabr,Xudafərin körpüsü 18 oktyabr azad edilmişdir.Cəbrayıl rayonu ərazisində yerləşən körpü tarixi əhəmiyyətə malikdir. Körpü 1027-ci ildə Şəddadilər dövləti tərəfindən salınmışdır.Şəhərin azad olunması Şuşaya,Zəngilana və Qubadlıya yo açdı.Müharibə bitdikdən sonra cənab prezident İlham Əliyevin tapşırığı ilə müəyyən layihələr həyata keçirilməyə başladı.
Mənfur düşmən 30 il ərzində bu ərazilərdə yalnız dağıntı işləri aparmışdır. Onun öz çıxışlarında Ermənistanın əsl simasını üzə çıxarması,Qərb dövlətlərinin gözlərini bir daha açması və dünya həqiqətlərini baxmasını bildirmişdir. Ermənistana qarşı 30 il ərzində Avropa dövlətləri tərəfindən bir dənə də sannşiya tətbiq edilməmişdir. Ümumən ərazilər azad edildikdən sonra ən əsas məsələlərdən biri infastruktur layihələrinin reallaşdırılması,verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi idi.
Bu torpaqlarda Ermənistan quruculuq işləri aparmamış,əksinə mövcud olanları da dağıtmışdır.Bizim də dövlət olaraq,əsas məqsədimiz əhalinin yaşayışını təmin etmək üçün,həmin əzəli-əbədi torpaqlarımızı yenidən qurub,yaratmaq. Prezident İlham Əliyev öz çıxışlarının birində bildirir : “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günündür,matəm günüdür. Heç kim bizi çəkindirə bilməz.Bizimlə heç kim zarafat etməsin və səbrimizlə oynamasın.Qərb artıq Cənubi Qafqazı rahat buraxmalıdır”.
Həqiqətən də Avropa(Qərb) Cənubi Qafqazda baş verən məsələlərə birbaşa müdaxilə edir və qızışdırıcı üsüllardan istifadə edərək,müsahibə götürərkən çaşdırıcı suallardan istifadə edirdilər.Lakin dövlət başçımız tutarlı sübutlarla,tarixi faktlarla sözün əsl mənasında onları susdurdu.Bu gün biz azad edilmiş torpaqlarda yaçayırıq.Əzablı dövr geridə qaldı.Əbədi tarixi torpaqlarda xoş günlərimiz başladı.