Yusif Nəsibli
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı RİHB-nın Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Bu gün hər bir azərbaycanlı fəxr və qürurla deyə bilər ki, ölkəmiz dünyada ən sürətlə inkişaf edən, eləcə də bütün sahələrdə yeniləşən dövlətdir. Günü - gündən güclənən ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu isə ölkəmizin nüfuzunun və qüdrətinin ən nümunəvi göstəricisidir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi həqiqətəndə ölkəmizin COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
İkili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq, bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha çox şahidi oluruq. Yalnış xəbərlərin vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir, bunun qarşısının alınması baxımından medianın üzərinə mühüm məsuliyyət düşür.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Ölkə başçısı Cənab İlham Əliyev bildirib ki, "İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi".
COP29 iqlim dəyişikliyi tarixi konfransı böyük uğurla davam edir. Tədbir çərçivəsində baş tutan Liderlər Sammitində önəmli açıqlamalar verildi. COP29-un boykot edilməsini təşkil edən bəzi qərbli çevrələrə Ali Baş Komandan İlham Əliyev şillə kimi cavab verdi. O bildirdi ki, tədbirə 196 ökədən 72 min şəxs qatılıb. Onlardan 80 nəfəri baş nazir, Prezident və ya Vitse-prezidentdir. Bu, həmin dairələrə verilmiş ən yaxşı cavabdır. COP29 Azərbaycanın dünyadakı imicini artıracaq. Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın liderliyi ilə təşkil edilən tədbir uğurlu şəkildə başa çatacaq. Bakı insanlığın gələcəyinə yönəlik qərarlar alınacağı bir mərkəz oldu. Azərbaycanın uğuru Türk dünyasının uğurudur.
Heydər Əliyev Fondu “Yaşıl dünya” şüarı ilə Azərbaycanı yaşıl ölkəyə çevirir. Bir sözlə, Azərbaycan COP29-u təşkil etməyi ən çox haqq edən ölkədir. Azərbaycanın bir çox Avropa ölkəsinin edə bilməyəcəyi yüksək səviyyədə təşkilatçılığı var.