COP29 dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biridir
Səxavət Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi
Müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Hər bir dövlət kimi, Azərbaycan da bütün qonşu ölkələrlə mehriban münasibətlər yaratmağa xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan heç kimdən asılı olmayan xarici siyasət yürüdür, başqa ölkələrlə əlaqələrində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Bunun nəticəsidir ki, dövlətimiz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı kimi prinsipial mövqe nümayiş etdirmişdir.
Bu ilki COP-dan nə gözləyə bilərik,, sualina İlham Iliyev cavab verdi ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı azaltmalıyıq. Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, həm, mahiyyət, həm də, müzakirə olunan mövzuların aktuallığı baxımından diqqət doğurur. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır.
COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi sualina İlham Iliyev cavab verdi ki, biz məhz buna nail olmağa çalışırıq. COP29 dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biridir və bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökümət rəsmilərinin, alimlərin bir araya gəldiyi bir tədbirdir.
COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Başqa sözlə, Azərbaycan körpülər yaradacaq, o cümlədən “yaşıl enerji”yə keçidlə və iqlim dəyişikliyi ilə bağlı dünyada hər kəs gündəliyimizin “yaşıl enerji” ilə bağlı olduğunu bir daha görəcək. COP29 keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla yanaşı biz həm də OPEC+ üzv ölkəsiyik.
Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. İ. Əliyev qeyd edir ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.
COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz,, sualina Prezident İlham Əliyev bildirdi ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.
Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.