Çexiya dost və qardaş ölkədir
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çexiya Respublikasının baş naziri Andrey Babiş mətbuata bəyanatla çıxış ediblər.
Hazırda bu ölkə ilə ticarət dövrüyəmiz 800 milyon dollardan çoxdur. Burada əsasən, Azərbaycan neftinin ixracı nəzərə çarpır. Əməkdaşlığımızın böyük hissəsinin energetika sektoruna aid olması bu xalqların və dövlətlərin uzun illər bir-birlərini etibarlı və sadiq tərəfdaş kimi tanımalarıdır. Xüsusilə cənab Prezident vurğulayıb ki, baş nazirlə birlikdə Çexiyadan Azərbaycana böyük qrup iş adamları gəlmişdir. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövrüyəmizi daha da yüksək səviyyəyə qaldıracağıq.
Bu baxımdan qarşıya qoyulan əsas məqsədlərdən biri ticarətin şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması və qarşılıqlı sərmayələrin genişləndirilməsidir.Görüşdə müzakirə edilən konkret layihələr bu istiqamətdə real addımların atılacağını deməyə əsas verir.