Cənab Prezidentin Şuşaya hər səfəri böyük tarixi hadisədir
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 262 saylı körpələr evi - uşaq bağçasının müdiri
Qarabağın azadlığı yalnız ölkəmizin azadlığının və bütövlüyünün təmin edilməsi deyil, eyni zamanda ədalətin bərpası və təntənəsidir. Azərbaycan düşmən taptağı altında olan torpaqlarını hərbi yolla mənfur düşmən əlindən azad etdi. 44 günün hər bir günü zəfərimizə yazılan tarixi gün idi. Lakin biz böyük zəfərin zirvəsini Şuşanın azad olunduğu gün fəth etdik. Həmin gün tarix yazdığımız və tarixə yazılan gün oldu.
Şuşaya gedən Zəfər yolu 27 sentyabr 2020-ci il tarixindən başlamışdır. Qalib xalqın qalib Prezidenti cənab İlham Əliyev Zəfərimizin əldə edildiyi 2 il ərzində dəfələrlə Şuşaya səfərlər etmişdir. Şuşada uzanan "Zəfər yolu" ilə mərd, qorxmaz, vətənpərvər igidlərimiz hərgün irəliləyərək canları, qanları bahasına Şuşamızı işğaldan azad etmişdirlər. Cənab Prezident İlham Əliyevin və ailə üzvlərinin 8 noyabr Zəfər gününü Qarabağımızın tacı olan Şuşa şəhərində hərbiçilərimizlə qeyd etməsi böyük qürurdur.
Cənab Prezidentin Şuşaya hər səfəri sıradan bir səfər deyil, tarixi bir gün, eyni zamanda dünyaya verilən mesajdır. Bizi bu qələbəyə çatdıran Vətən sevgisi, güclü iradə və peşəkarlıq olmuşdur. 44 gün ərzində biz tarixi missiyamızı yerinə yetirməyə inamla can atırdıq ki, bu missiya Şuşanın azad edilməsi ilə sona çatdı. Şuşa şəhərini azad etməklə ermənistan ordusunun belini qırdıq.
Ermənistanın havadarları illər içərisində öz millətini və bütün dünyanı yaratdığı “yenilməz Ermənistan ordusu” mifinə inandırmışdı. Guya heç bir zaman Azərbaycan müharibə yolu ilə işğal altında olan torpaqlarını azad edə bilməzdi. Bizim inancımız isə heç bir zaman nişangahından yayınmayan ox olan ədalətə idi.
Vətənpərvər ruhda böyüyən igidlərimiz nəinki Ermənistana hətta bütün dünyaya sübut etdilər ki, illərdi sülh yolu ilə həll edə bilinməyən bu münaqişə öz gücümüz hesabına həll edilə bilər. Müzəffər Ali Baş Komandanı olan Müzəffər Azərbaycan Ordusu 44 içərisində bütün erməni miflərini darmadağın edərək, yeni tarix yazdı.
Bu gün ağır müharibə şəraitindən çıxmış ölkə kimi dayanıqlı iqtisadiyyatımıza söykənərək doğma Qarabağımızda abadlıq işləri aparır, doğma torpaqlarımıaza yeni nəfəs veririk. Qələbəmizdən sonra Azərbaycan tarixində yeni dövr, yeni mərhələ başlamışdır.
Şuşadakı çıxışı ilə cənab Prezident İlham Əliyev lazımi ismarıcı verdi
Güclü iradəmiz və Zəfər qələbəmiz bizə xor baxan hərkəsin gözünə düz baxıb lazımı sözlərimizi dünyaya deməyə imkan verir. Cənab Prezidentin hər Şuşa səfəri böyük bayram, şanlı tarixdir!