Cənab Prezident İlham Əliyevin çıxışı Ermənistan rəhbərliyində böyük qorxuyla qarşılanmışdır
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
1988 – ci ilin əvvələrindən başlayan Qarabağ münaqişəsi hər zaman tarixi fürsətlərdən öz xeyrinə istifadə edən, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin müvvəqqəti də olsa yeni ərazilər işğal edərək 1994 – cü il may ayında atəşkəsin imzalanması ilə nəticələndi.
Müstəqilliyinin ilk illərində nizami ordunun və hərbi kadrların olmaması, rəhbərliyin səriştəsizliyi ölkəmizin ərazilərinin itirilməsinin başlıca səbəblərinidəndir. Ermənilər əldə etdikləri “Qələbəyə” sevinirdilər. Onlar işğal olunan ərazilərə kütləvi şəkildə erməniləri köçürməklə bu yerlərin demoqrafik tərkibini dəyişməklə Azərbaycan xalqına aid mədəni və tarixi izləri silməyə nail olmaq istəyirdilər. Ermənistan Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi başladıqdan, sonra rəhbərliyin səriştəsizcə apardığı siyasət nəticəsində uzun müddət bu problem beynəlxalq ictimaiyətin diqqətini cəlb edə bilmədi. Münaqişə zamanı bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır.
Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar mühüm işlər görülməyə başlanıldı. Görülən işlər tez bir zamanda öz bəhrəsini verməyə başlamışdır. Belə ki, keçmiş müharibə gedən ərazilərin Azərbaycanın ərazisi olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində işğal olunmuş ərazilərdən erməni separatçı qüvvələrinin dərhal çıxarılması tələbləri öz əksini tapmışdır. Ancaq beynəlxalq qərarlara məhəl qoymayan Ermənistan rəhbərliyi öz məkrli niyyətlərini həyata keçirməklə yeni ərazilər əldə edəcəyi ümidi ilə yaşayırdılar.
Azərbaycan qısa zamanda regionun həm iqtisadi, həm də hərbi cəhətdən ən güclü ölkəsinə çevrilmişdir. Artıq Ermənistanın qarşısında güclü dövlətçilik prinsiplərinə əsaslanan Azərbaycan rəhbərliyi və müasir silahlarla təchiz olunmuş yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusu dayanırdı. Doğrudur, buna hələ də Ermənistan rəhbərliyi inanmırdı. Ancaq Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə müharibə sahəsində öz sözünü ləyaqətlə deməyi bacardı. Ermənistan rəhbərliyi Azərbaycanın sülhü bərqərar etməklə regionda iqtisadi inkişafa nail olmaq təkliflərinə daima müsbət cavab verməmişdilər.
Vətən müharibəsində qazanılan Tarixi qələbədən sonra onların çirkin niyyətlərinin həyata keçməyəcəyini anlayan Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə gah danışıqlar masasından imtina edir, gah da görüşlər zamanı əldə olunmuş razılıqların bəndlərinin yerinə yetirilməsinə dolayı olaraq boyun qaçırmağa cəhd göstərirlər. Bu kimi hallar istər Birinci Qarabağ müharibəsi vaxtı və eləcə də İkinci Qarabağ müharibəsində aldığı biabırçı məğlıbiyyətdən sonra da təkrarlanmışdır.Bu xüsusiyyəti sözdə razılığa gəlib, əməldə isə heç bir iş görməyən Ermənistan rəhbərliyinin işə ciddi yanaşmadıqlarının bir göstəricisidir.
Tarixi Zəfərdən sonra iki ölkə arasında əldə olunmuş razılıqların tələbləri hər iki ölkə tərəfindən necə yerinə yetirildiyini baxanda, prosesin tarixi xronologiyasına nəzər salanda təhlil etdiyimiz görüşlərin nəticələri deməyə əsas verir ki, Ermənistan rəhbərliyi tərəfindən tam olaraq yerinə yetirilməmişdir.
Artıq ermənilərin çirkin niyyətlərini yaxşı anlayan Azərbaycan rəhbərliyi vaxtın uzadılmasına göz yummaq niyyətində deyildir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq edərək bildirmişdir ki, əgər Ermənistan öz silahlı qüvvələrinin tör-töküntülərini suveren ərazilərimizdən çıxarmayacaqlarsa bunu ifadə etməlidirlər. Cənab Prezident İlham Əliyevin bu çıxışı Ermənistan rəhbərliyində böyük qorxuyla qarşılanmışdır. Beləki, bu sərt xəbərdarlıqdan sonra Ermənistan rəhbərliyi silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ ərazisindən çıxarılacağına və prossesin sentyabr ayına qədər davam edəcəyini bildirmişdir.
Əgər Ermənistan rəhbərliyi əldə olunan razılaşmaların bəndlərini yerinə yetirməkdən müxtəlif bəhanələr gətirərək boyun qaçırmağa bir daha cəhd edərsə, bunun nəticəsi onlar üçün çox böyük fəlakət olacaq. Bunu Ermənistan rəhbərliyi və ictimaiyyəti də yaxşı anlayır. Belə halda Azərbaycan ordusu tərəfindən keçmiş Dağlıq Qarabağ ərazisində yuva salmış erməni terror qruplarına qarşı kiçik həcmdə antiterror əməliyyatının aparılması ilə bir neçə kəndin işğaldan azad olunması erməni ictimaiyyətində böyük əks-səda yaradacaqdır. Çünki səfalət içərisində yaşayan erməni xalqı artıq bir daha qəhraman ordumuzla üz-üzə gəlmək istəmir. Müharibədən əvvəl də, sonra da iqtisadiyyatı zəif olan Ermənistanda demək olar ki bütün infrastrukturların vəziyyəti olduqca bərbad vəziyyətdədir. Orduda fərarilərin sayı və özbaşınalıqlar hər gün keçdikcə artır. Ordusu darmadağın olunmuş Ermənistan bir daha müharibə etmək iqtidarında deyildir. Ermənistan rəhbərliyi tərəfindən veriləcək hər hansı yanlış bir qərar, Azərbaycan tərəfindən Göyçənin, Zəngəzurun və digər yerlərin status məsələsinin siyasi cəhətdən gündəmə gətirilməsinə səbəb ola bilər. Bu Azərbaycanın hüquqi, təbii, mənəvi haqqıdır. Çünki Sovet hakimiyyəti zamanı Azərbaycanın bir neçə ərazisi Ermənistana peşkəş olaraq verilmişdir.
Biz Dəmir yumruq ətrafında sıx birləşərək öz tarixi dədə-baba torpaqlarımıza qayıdacağıq!