Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və Azərbaycançılıq idealogiyasının ən layiqli daşıyıcısıdır

Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və Azərbaycançılıq idealogiyasının ən layiqli daşıyıcısıdır

Aysel Tahirova

"QEYD" İctimai Birliyinin baş katibi

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin siyasi-dəst xəttinə sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim Prezident İlham Əliyevə verdi.

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Ölkəmizin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və navatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqelərinin yüksəlməsini təmin edib. 

Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib. Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai-siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır. Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. 

Azərbaycan koronavirus təhlükəsindən az itki verən dövlətlərdən biri olaraq, dünyada bu pandemiyadan daha çox zərər çəkən dövlətlərə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına yardım və ianələr etmişdir. 

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilmənin nəticəsidir.

Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. 

Cənab Prezident İlham Əliyevin xarici siyasətinin ən önəmli hissəsi Qarabağla bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman  ordumuzun işğala son qoyaraq, torpaqlarımızı azad etməsi  qəlbimizi qürur hissi ilə doldurdu. Ordumuz döyüş meydanında, xalqımız isə arxa cəbhədə böyük məsuliyyətlə əsl vətəndaş birliyi, həmrəylik göstərdi. İllərlə gözlədiyimiz Azərbaycanın ərazi bütövlüyünü görmək bizə nəsib oldu.

İnanırıq ki, Prezident İlham Əliyev bundan sonra da xalqına və dövlətinə səadətlə xidmət edəcək, xalqımızın daha yaxşı yaşaması, ölkəmizin daha da güclənməsi, qüdrətli ölkəyə cevrilməsi, onun dünya ölkələri arasında öz layiqli yerini tutması ücün fədakarlıqla calışacaq.