Bələdiyyə seçkiləri ilə əlaqədar Əmircan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər uğurla davam edir

Bələdiyyə seçkiləri ilə əlaqədar Əmircan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər uğurla davam edir

26 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi, 1/93 ünvanında namizəd Aytac Xalıqzadənin, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 15 və 16-cı döngə ünvanlarındanamizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, İlham Mirzəyevin iştirakı ilə keçirilmişdir.

Seçirilən bütün səyyar görüşlərdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.

Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.