Vətəndaşlar yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə doğma yanaşmalıdırlar

Vətəndaşlar yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə doğma yanaşmalıdırlar

21.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, bələdiyyə-vətəndaş münasibətlərində bir aktivlik müşahidə olunur. Bələdiyyələr sakinlərlə əlaqəli şəkildə işləyirlər. Vətəndaşlar özləri də müəyyən mənada yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə doğma yanaşmalı, onların cari problemləri ilə maraqlanmalı
dırlar.

Daha sonra çıxış edən Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Fuad Rəhimov, Mürsəl Kazımov, Nərgiz Rüstəmova, Həqiqət Məmmədova, Elnur Babayev digərləri dedilər ki, Vətəni, dövləti sevirsinizsə, seçkilərdə fəal iştirak edin. Seçki hüququndan istifadə etməklə vətəndaşlıq mövqeyinizi bildirəcəksiniz. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın məramı xalqa layiqli xidmət göstərməkdir. YAP-ın namizədlərinə səs verməklə siz onlardan layiqli xidmət görəcəksiniz

21.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Əmircan qəsəbəsi, Nəriman Nərimanov 5, Zülal Tağıyev 14 ünvanlarında namizəd Aytac Xalıqzadənin, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli A/B yaşayış sahəsi, 70-ci binanın qarşısında, Yeni Günəşli A/B yaşayış sahəsi, 16 saylı binanın qarşısında namizədlər İxdiyar Nəcəfovun, Arif Şahmuradovun, Mirvari Quliyevanın, Rəşad Rzayevin, Jalə Qibləliyevanın iştirakı ilə keçirilmişdir.

YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.