Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 42 ünvanında yerləşən ƏPT-da yeni sədr seçilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın məsləhətçisi Kürsüm Həsənova iştirak etmişlər.
Ərazi partiya təşkilatının sədr müavini Gülbacı Salmanlı YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi. Daha sonra ərazi partiya təşkilatının sədr müavini Gülbacı Salmanlı bildirdi ki, gündəlikdə bir məsələ vardır. Gülbacı Salmanlı YAP üzvlərinə ƏPT-nin sədrinin seçkisi haqqında məlumat verdikdən sonra Ləman Hacıyevanın ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Ləman Hacıyeva sədr seçilmişdir.
ƏPT-nin yeni seçilmiş sədri Ləman Hacıyeva göstərilən etimada görə ƏPT-də təmsil olunan üzvlərə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirərək dedi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatı bugünə qədər olduğu kimi, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması istiqamətində böyük səy göstərəcəkdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 42 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədri ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.
Sonda bir qrup YAP üzvünə vəsiqələr təqdim olunmuşdur.