Bu yolda minlərlə şəhidimiz, qazilərimiz oldu və bugün biz onları böyük hörmətlə anırıq

Bu yolda minlərlə şəhidimiz, qazilərimiz oldu və bugün biz onları böyük hörmətlə anırıq

Ziyafət Tağıyeva

Hövsan Sağlamlıq Mərkəzinin  baş həkimi 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Hər birimizin bildiyi kimi XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Sözü gedən dövrdə Ermənistan tərəfi ölkəmiz daxilində gedən hərc mərclikdən istifadə edərək torpaqlarımızın 20%-ni işğal etmişdir. İşğal nəticəsində bir-birinin ardınca Azərbaycanın səfalı, dilbər guşələri ermənilər tərəfindən zəbt edilmişdir. İşğal edilmiş rayonlarımızdan biridə Qubadlı rayonu olmuşdur.

Beləki, 1993-cü il avqustun 31-i Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı şəhəri işğal edilmiş və rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdür. Qubadlının valehedici gözəlliyi, havası, suyu hər bir gözəlliyi düşmənlərin tapdağı altında məhv olub getmişdir. Amma zaman öz sözünü dedi. Rəşadətli ordumuz 2020-ci il oktyabrın 25-də qanlı döyüşlərdən sonra rayonu öz əzəli sahibinlərinə qaytardı. Bu yolda minlərlə şəhidimiz, qazilərimiz oldu və bugün biz onları böyük hörmətlə anırıq.

Rayon azad olduqdan 1 il sonra Azərbaycan respublikasının Prezidenti, cənab İlham Əliyev Qubadlı rayonuna ilk dəfə səfər etmiş və işğaldan azad olan digər rayonlar kimi buranında inkişafı, yenidən qurulması üçün lazımi tədbirlər görmüşdür. Xınalıq-Qubadlı yolunun təməli qoyulmuş, Qubadlı yarımstansiyası istifadəyə verilmiş, Dövlət sərhəd xidmətinin yeni hərbi kompleksi açılmış və Qubadlı rayon icra hakimiyyəti iş fəaliyyətinə başlamışdır. 2023-cü il sentyabrın 5-də Qubadlı Laçın avtomobil yolunun tikintisi haqqında sərəncam verilmişdir. Bugünədək hələdə rayonun abadlaşdırılması üçün irimiqyaslı bərpa və quruculuq işləri davam etdirilir.

Sonda onuda qeyd edimki, biz işğal tariximizi unutmuruq və unutmayacağıq. Azərbaycan xalqı olaraq bugün biz fəxr edirik ki, bizim güclü müzəffər ordumuz və İlham Əliyev kimi Ali baş komandanımız var.