Bu gün gənclər arasında geniş yayılan “könüllülük” anlayışının əsası məhz YAP-da qoyulub

Bu gün gənclər arasında geniş yayılan “könüllülük” anlayışının əsası məhz YAP-da qoyulub

Şəbnəm İbrahimli

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Mən hər şeydən öncə bir Azərbaycan gənciyəm. Hansı ki, özündə birliyi, vətənpərvərliyi, gücü, inamı, imanı, inkişafı, gələcəyi, rifahı ehtiva edən böyük məfhumun bir hissəsi. 21 noyabr tarixi mötəbər  mənim üçün çox qürurverici gündür. Hansı ki, zamanın çətin sınaqlarından üzü ağ çıxan, bizi - mübariz xalqı öz ətrafında eyni əqidə ilə - inamla, güclə, vətən eşqi ilə birləşdirən, günü gündən çiçəklənən, ölkənin ictimai- siyasi işlərində aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci il dönümündə bu partiyanın üzvü olmaq əvəzsiz bir hissdir.

Mən deyərdim ki, bu gün əsl bayramdır! Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Məhz Azərbaycan xalqının və dövlətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və dönməzliyi sayəsində, ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir.

Yaşım etibarı ilə sadəcə 2 ildir üzvü olduğum bu ailə - mənə əvəzsiz təcrübələr və dəyərlər qatdı. Dostluğu, yoldaşlığı, bir yerdə addımlamağı, mübarizə aparmağı, həmrəy olmağı mənə öyrədən bu doğma təşkilatın, ictimai fəaliyyətimdə də rolu olduqca önəmlidir. Bu gün icra etdiyim vəzifəyə gəlmək üçün keçdiyim yolda da YAP Suraxanı Rayon təşkilatının danılmaz rolu olmuşdur.

Mən fərqinə vardım ki, bugün gənclər arasında olduqca məşhur olan “könüllülük” anlayışının özəyi elə YAP-da formalaşıb. Məhz elə buna görə də mən ilk sevinc hisslərimi doğma təşkilata, mənə ən yaxın olan insanların yanına gələrək qeyd etdim. Axı insana ən yaxın elə onun ailəsidir.  Mən burdan bunu öyrəndim ki, yalnız bir əqidə ətrafında sıx birləşərək ailə olmaq olar.

Əziz oxucular, indi isə sizlərə mənim üçün unudulmaz olan bir hadisədən, bir səfərdən söz açmaq isrəyirəm. Səfərin adına baxın - Xankəndi səfəri.. Bir zamanlar adını demək belə yuxu kimi gələn Qarabağ səfəri.. Mən bu gün şükr edirəm! Zəfər üçün şükr edirəm, yenidən Qarabağda olduğumuz üçün şükr edirəm! Mənə həmin torpaqlara məhz doğma təşkilatla getmək qismət olduğu üçün şükr edirəm! Ulu Tanrı bizə illər sonra yenidən Gövhər Ağa məscidində namaz qılmağı, şükr etməyi, Ağdam Şəhidlər Xiyabanında məzarlara baş çəkməyi, bir vaxtlar ah - nalənin ucaldığı canım Xocalıda can bulmağı, doğma yurdum Laçının torpağına ayaq basmağı, göz bəbəyi Şuşada Cıdır düzündə nəfəs almağı, Qarabağın ürəyində - Xankəndində dalğalanan bayrağı seyr etməyi bizə nəsib etdi.

Bir YAP gənci olaraq mənim həmin anlarda keçirdiyim hissləri - qüruru, fəxarəti illər keçsə də mən unuda bilməm. Unutmaram. Mən çox bəxtiyar gəncəm. Ona görə ki, mənim doğma torpaqlara səfərim məhz elə doğma təşkilatımla birgə olub. Və daha nə qədər belə əvəz olunmaz anlar var ki, 2 illik bir dövrə onları sığdırmışam. Yolumun  Yeni Azərbaycan Partiyası ilə kəsişməsi mənim üçün doğurdan da ən gözəl gün imiş.

Bir daha bayramımız, ən gözəl günümüz mübarək!