Bu gün bizi cənnət məkan, göz oxşayan bir Laçın qarşılayır

Bu gün bizi cənnət məkan, göz  oxşayan  bir  Laçın qarşılayır

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Laçın  rayonunun   işğaldan  azad  olunması  tarixi  hadisədir. Azərbaycan  dövləti  tarixən  ona  məxsus  olan, vətənimizin  bir  parçasını, qartallar  yuvası  Laçın  rayonunu   1 dekabr  2020-ci il  tarixində  Ermənistanın  işğalından   azad  etmişdi. Azərbaycanın  igid  oğulları,  qəhrəman  əsgərlərimiz   Ermənistan  qoşunlarını   qanunsuz  məskunlaşmış erməniləri  sayca  7-ci rayonumuzdan    çıxarmaqla   Qarabağ   ətrafında  işğala   məruz  qalmış  bütün  ərazilərini  azad  edilməsini  başa  çatdırdı.  Azərbaycan  sentyabrın  27-də  başlayan    ikinci  Qarabağ  müharibəsini   hərbi-siyasi  yolla  44-günə  bitirdi.                                                         

Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandanı  İlham Əliyev   öz  çıxışında  bildirmişdi ki,” Artıq  Ermənistan  ordusu  yoxdur. Onu biz  məhv  etmişik”.  Mən  həmişə deyirdim ki, Laçın , Kəlbəcər  və Şuşa Azərbaycana  qayıtmasa  heç bir razılaşma  ola bilməz. Düşmənin  belini  qırdıq və  bu gün  biz  yeni  reallıq  yaratdıq. 31 illik  ayrılıqdan  sonra  Laçınlılar öz  doğma   yurduna, isti  ocaqlarına  döndülər. Ölümün  pəncəsindən  canlarını  zorla  götürüb  qacanlar,  gözü  yaşlı  Laçınlılar  indi  doğma yurda  arzularının   qanadında uca-uca Laçın   qayıdırlar. Xilaskarın  görüb  qürurlanan   Laçında    müstəqillik  Günü  ikiqat  bayram  yaşanırdı.  2022-ci ilin avqustunda  Müzəffər  Ali  Baş  Komandan  ilk dəfə Laçın  şəhərində Azərbaycan bayrağını ucaldanda  gözlərimiz  dağıdılmış,  virana  qoyulmuş  bir  şəhər  görürdü.  Bu  gün  isə  bir  il keşməsinə  baxmayaraq   cənnət məkan, göz  oxşayan  bir  Laçın bizi  qarşılayır.

Xatırladaq  ki, qısa  müddət  ərzində  Laçında   700  bina  inşa  edilib. Onlardan  620-si  fərdi  yaşayış, 9-u  çox mənzilli  binadır. Bu gün  biz  26 avqust –Laçın   şəhəri  günü kimi  qeyd   edirik. Laçın  şəhəri  ilə yanaşı Zabux  və Sus  kəndləri 2022-ci ilin  avqustun  26-da  Azərbaycanın  nəzarətinə  keçib.                                                                                                

2020-ci ildə   döyüş  meydanında qələbə  qazanan  Azərbaycan ,  siyasi   müstəvidə  də  öz  siyasətini ortaya  qoyub  Ermənistanı  Ağdam, Kəlbəcərlə  yanaşı   Laçın   şəhərindən  boşaltmaq  məcburiyyətində  qoydu. Prezident  İlham  Əliyev 31  iyul  2022-ci ildə  azad   edilmiş  ərazilər  üzrə şəhər  günlərinin təsis  edilməsi  ilə  bağlı  sərəncam imzalayıb.Sərəncama  əsasən   şəhər  günləri  təntənəli  şəkildə  qeyd  olunması  nəzərdə  tutulur.                                              

Verdiyi  sərəncam yerinə  yetirən  Azərbaycan    Respublikasının  Prezidenti  İlham  Əliyev  və  birinci xanım  Mehriban  Əliyeva  Laçın   şəhərində  Həkəri  çayının  sahilində  bayram   tədbirində   iştirak  ediblər.  Tədbirdə   çıxış  edən  İlham  Əliyev   ilk  öncə  Lçınlıları  təbrik  edib.  Onları  öz   doğma   yurdlarında   görməkdən  şad  olduğunu  bildirib.   31 ildən  sonra   öz  doğma  yurdlarında   Zabuxda, Şuşa, Laçında  onların  görüşünə  gəlməyindən   məmnun  olduğunu  bildirib. “Prezident  daha  sonra  bildirib  ki, Laçının  dircılişi  dövrü  başladığını  bildirib. Laçında  artıq  vətənində  yaşamağa, yaratmağa  başlayiblar. Bu   böyük   xöşbəxtlikdir.  Bu  xoşbəxtliyi   bizə  bəxş  edən   müzəffər  silahlı qüvvələrdir.