Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin təşkilatçısı
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Przident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası nəticəsində 1994-cü ilin 20 sentyabr tarixində imzalanan, Azərbaycanın enerji tarixində yeni səhifə olan “Əsrin müqaviləsi”dən bu günə ölkəmiz böyük yüksəliş yoluna qədəm qoymuş, neftdən gələn gəlir nəticəsində iqtisadiyyat güclənmış, əhalinin yaşam səviyyəsi yüksəlmiş, ümumilikdə ölkənin siması yaxşı mənada inkişafa doğru dəyişmişdir. Ötən illər ərzində enerji sahəsində atılan uğurlu addımlar dünyanın enerji təchizatına böyük təlabatı olduğu bir zamanda neft və qaz sənayesinin beşiyi olan Azərbaycanın, onun təchiz etdiyi enerjinin strateji əhəmiyyətini artırır. Bu gün dünyanın ən mühüm məsələlərindən biri də enerji sahəsindəki əməkdaşlıqdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cari ilin 18 iyul tarixində Birləşmiş Krallığın Oksford şəhərində “Avropa Siyasi Birliyi”nin 4-cü zirvə toplantısında iştirak etmişdir, eyni zamanda dəyirmi masa arxasıda çıxış etmişdir. Cənab Prezident çıxışının əvvəlində qeyd etdi ki, Azərbaycanın Avropaya qaz təchizatı 2027-ci ilin sonuna kimi ikiqat artırılacaq. Müqayisə üçün vurğuladı ki, əgər 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu gösyərici 13 milyard kubmetr olacaqdır.
Azərbaycanın təbii qazını hal-hazırda səkkiz ölkə alır ki, onlardan beşi-Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İki ölkə İttifaqa üzv olmaq üçün namizəd ölkədir- Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Cənab Prezident enerji sahəsində yeni tərəfdaşlarımızdan söhbət açaraq qeyd etdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcəkdir. Yeni tərafdaşlar kimi Sloveniya və Slovakiya ilə danışıqlar prosesinin sürətləndirilməsinin labüdlüyü ilə yanaşı qaz təchizatı üzərində də çalışmağın gərəklı olduğunu vurğulayaraq qazımıza olan təlabatdan nümunə göstərdi. Belə ki, bu gün İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtalyaya bizdən 20 milyard kubmetr qaz lazımdır, deyərək vurğuladı. Digər yandan Avropada interkonnektor layihələr icra olunduğu təqdirdə Azərbaycan qazının daha çox Avropa ölkəsinə yayılması üçün imkanlar yaranacaqdır ki, həmin ölkələr əlavə investisiya qoymadan bundan istifadə edə biləcəklər. Bir sözlə davamlı və sabit əməkdaşlıq üçün bütün imkanlar mövcuddur, Azərbaycanın lazımi resusları və infrastrukturu var, zamanla da inkişaf etdirilir.
Cənab Prezident enerji təchziatı sahəsindəki tarixi naliyyətlərdən bəhs edərək qeyd etdi ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə onu istismara verdi. İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə ötürülür. Qeyd etmək istəyirəm ki, 1999-cu il noyabrın 18-də İstanbulda Xəzər dənizindən çıxarılacaq xam neftin Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsi haqqında saziş imzalanmışdır.
Qaz təchizatı sahəsindəki tarixi naliyyətlərə də toxunan cənab Prezident qeyd etdi ki, Azərbaycan üç ildən artıqdır ki, mühüm qaz təchizatçısına çevrilib. Bizim qaz kəmərimiz-Cənubi Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Qismən Adriatik dənizinin dibində keçərək İtaliyaya kimi uzanan 3500 kilometirdən artıq uzanan boru kəməri sistemi- Cənubi Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başladı. Onu da qeyd edim ki, Cənubi Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, zamanla mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Ötən onilliklər ərzində qarşıya qoyulan hədəflərə çatmaq üçün enerji təchizatı sahəsində əzimlə görülən işlər, inamla atılan addımlar bu gün öz bəhrəsini verməyə başlayıb. Bu gün Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artıran başlıca mühüm amillərdəndir.