“Boykot” sifarişli təxribatdır
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 268 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar seçkilər keçiriləcək. Artıq ölkəmizdə seçki kompaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb.
Ümumiyyətlə, qarşıdan gələn növbədənkənar seçkilərə gəlincə, Müsavat bu seçkilərdə iştirak etməyəcəyini, AXCP boykot edəcəyini bildirib. Əslində, kiçik bir qrupun seçkiləri boykot etməsinin həmin seçkilərin yüksək səviyyədə keçirilməsinə zərrə qədər də təsiri yoxdur. Amma burada əsas məqam həmin radikalların Azərbaycana düşmən olan xarici qüvvələrin tapşırıqlarını yerinə yetirmələridir.
Sağlam rəqabətin əvəzinə təxribatları seçmək, qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Daha dəqiq desək, “boykot” sifarişli təxribatdır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur.
Radikallar ucuz və hiyləgər addım atmış olurlar. Seçki kompaniyası dövründə radikallar, konkret olaraq Əli Kərimli kimilər cəmiyyətimizdə çaşqınlıq yaratmaq üçün hər cür addımlar atmağa hazırdır. Ancaq ölkə vətəndaşlarının radikalların təxribatlarına uymayacağı, seçkilərdə fəal şəkildə iştirak edəcəkləri şübhəsizdir.