Bizim hər hansı vasitəçiyə ehtiyacımız yoxdur
Könül Bədəlova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
24 nömrəli Şəhər Poliklinikasının böyük tibb bacısı
Uzun sürən müharibə bizə çox dərs vermiş oldu. Biz bu illər ərzində geniş təcrubə qazandıq. Başa düşdük ki, müharibədən qalib çıxmaq üçün yalnız müasir hərbi texnika və məğlubedilməz ordu kifayət etmir, bunlardan öncə güclü siyasəti olan həqiqətən də nəbzi Vətənin nəbzi ilə vuran rəhbərə ehtiyac var. Bu müharibədə bizə qalibiyyət qazandıran Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti oldu.
5 oktyabr 2022-ci il tarixində İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər. Bu forumda 40-dan çox ölkənin nümayəndələri də iştirak etmişlər. Prezident öz çıxışı ilə bu vaxta qədər olan bizim fəaliyyətimizi, bununla yanaşı qarşı tərəfin də bizə qarşı olan fəaliyyətini qısa da olsa forum iştirakçılarının gözü qarşısında öz çıxışı ilə əyani olaraq canlandırmışdır.
Öz çıxışında İlham Əliyev bildirmişdir ki ,bizim hər hansı vasitəçiyə ehtiyacımız yoxdur. Həqiqətən də, Prezident heç bir vasitəçi olmadan II Qarabağ Müharibəsi başa çatdıqdan sonra şəxsən özü təklif irəli sürdü. O, Ermənistana sülh təklif etdi. Bunu Azərbaycan xalqı tərəfindən təklif etmək bizim düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyimizi bildirdi. İlham Əliyevin apardığı siyasət məhz qarşı tərəfin başlatdığı müharibə, müharibə dövründə kirli siyasət, hiyləgər taktika, müharibə cinayətləri ( Gəncə və Bərdə faciələri) törətmək kimi fəaliyyətini dünyaya tanıtmaq prinsipinə əsaslanır.
Yaşadığımız cəmiyyətdə nəzər yetirsək gözümüzün önündə gündəlik həyatımızda insanların bir birini düzgün başa düşməməsi zəminində neçə-neçə kiçik münaqişələrin şahidi oluruq. Diqqət eləsək, vasitəçi hər bir münaqişə zamanı haqsız olan tərəfə anlatmaq istəyir ki, sənin tutduğun mövqe düz deyil, yanlış yoldasan və narazılığa son verməyi tövsiyyə edir. Məhz bu baxımdan Prezidentimiz öz çıxışında bildirmişdir ki, bizim hər hansı vasitəçiyə ehtiyacımız yoxdur. Bu cümlə onu yaddaşlara həkk etdirir ki, Azərbaycan xalqı haqlıdır və doğru yoldadır.
İlham Əliyev hər dəfə öz çıxışlarında müharibə dövründə işğal olunmuş torpaqlarımızdan məcburi şəkildə köçməyə vadar qalan Azərbaycan xalqına bildirirdi ki, mən söz verirəm ki, siz öz torpaqlarınıza qayıdacaqsınız. Hal-hazırda bu reallaşmışdır, bizim gözümüzün önündə “ Böyük Qayıdış “proqramı başladılmışdır. Biz bunun şahidi oluruq və bununla da qürur duyub fəxr edirik.