Bizim əsrlər boyu davam edən dostluq tariximiz var
Könül İsmayilova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayonu, 163 saylı körpələr evi və uşaq bağçasının müdirəsi
Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ilə təkbətək və geniştərkibli görüşləri olub. İki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Mərasimin sonunda isə Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Qeyd edilib ki, Israil Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq müasir Azərbaycanın sadəcə 32 yaşı var lakin bizim qədim tariximiz var. Və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar. Bu gündə belə olmaqda davam edirlər.
Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayır. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var. Lakin yalnız bir ölkədə - İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu aramızda hec bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə yanaşıblar.
Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. İarail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir. Bu vacib səfər digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.
İki ölkə arasında diplomatik münasibətlərin genişlənməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Formunda Heydər Əliyev İsrailin o vaxt xarici işlər naziri Şimon Pereslə və elə həmin il də baş nazir İshaq Rabinlə görüşərək iki ölkə arasında əlaqələri genişləndirəcək təməllər atdı.
Çox uzağa getməyək 44 gunluk Vətən müharibəsini yada salaq. Yəqin ki, həmin zaman əksəriyyətimiz İsrail dronları ifadəsini işlədir. Müdafiə Nazirliyi tərəfindən yayılan erməni tanklarının məhv edilməsi kadrlarını görəndə qardaş Türkiyə ilə bərabər İsrailində adını xoş sözlərlə yad edirdik. Doğrudur, biz bu silahları öz vəsaitimizlə almışıq. Ermənistana etdikləri kimi, heç kim bizə onları hədiyyə etməyib. Lakin doğma münasibəti müdrik Azərbaycan xalqı unutmayacaq!