Biz əbədi məğrur xalq kimi yaşayacağıq

Biz əbədi məğrur xalq kimi yaşayacağıq

Gözəl Məmmədyarova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu 232 nömrəli məktəbin müəllimi

Azərbaycan xalqı əsrlər boyu ermənilərin, onların havadarlarının soyqırımlarına və təcavüzlərinə məruz qalmışdır. Təkcə son bu 100 ildə biz bu soyqırımların və təcavüzlərin canlı şahidləriyik. Bu soyqırımların, təcavüzlərin bir məqsədi vardır, biz azərbaycanlıları əzəli və əbədi torpaqlarımızdan yox etmək və öz işğalçılıq siyasətinlərini həyata keçirmək. Bu istiqamətdə ermənilər öz havadarlarından yetərli dəstək alıb və bu bədnam siyasətlərini həyata keçirirlər. Bu torpaqlarda hələ XlX əsrin I yarısı köç edən ermənilər XX əsrin əvvəllərindən başlayaraq öz mənfur siyasətlərini həyata keçirdilər. Beləliklə, Azərbaycanın hər qarışında etnik təmizliklərə başladılar.

Azərbaycan xalqı hər şeyə rəğmən öz milli kimliyini qorudu və tarixi mübarizəsini apardı. 1905-ci ildən 1992-ci ilə qədər müxtəlif şəhərlərdə və bölgələrdə minlərlə azərbaycanlı və bu torpağın əziz vətəndaşları bədnamlara məruz qaldı. Planlı şəkildə həyata keçirilən bu mənfur siyasətin qarşısını isə bu torpağın mərd və mübariz oğulları aldı. Torpaqlarımızı parçalayan bu mənfur zehniyyətlilər bizləri yox etməyə çalışmışdılar. Tarix boyu xalqımız isə onlara öz layiqli cavabını vermışdir. Təkcə soyqırımlarla, təcavüzlərlə yox, həm də repressiya ilə Azərbaycan xalqını yox etməyə çalışmışdılar.

1930-cu illərdən başlayan  bu bədnam siyasət tarixin müxtəlif dövrlərində həyata keçirilmış, Azərbaycanın müxtəlif şairləri, yazıçıları, dramaturqları və siyasətçiləri vətəndən uzaqlaşdırılmışdır. Azərbaycan milli şüurun, milli təfəkkürün, azərbaycanlıq ideologiyasının həyata keçirilməsinin qarşısını almağa çalışmışdılar. Əlbəttə ki bütün bunlar baş tutmadı. Azərbaycan xalqı və onun öncül  vətəndaşları, öncül şəxsiyyətləri   tarix boyu  Azərbaycanın varlığını, azərbaycanlılığı və bu görkəmli ideologiyanı tətbiq etmiş və bu günkü müstəqil Azərbaycan varlığına qədər gətirib çıxartmışdır.

 Bu gün Ermənistan bu bölgədə münaqişə ocaqları yaradan, cılız,  müxtəlif bədanam düşüncələrin əsri olan bir xalq təəssüratı bağışlayır. Bizlər əbədi məğrur xalq kimi yaşayacağıq.

Bu soyqırımlara, vəhşi cinayətlərə, repressiyalara hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 mart tarixli fərmanı ilə verdi. Azərbaycan xalqının məruz qalmış olduğu bu haqsızlıqları dünyaya təbliğ edildi, aşılandı. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Bu gün onlarca ölkə və müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana qarşı tətbiq həyata keçirmış olan bir çox soyqırımları tanıyır.

   Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!