Biz yalnız itirilmiş torpaqlarımızı deyil, həmçinin tariximizi, keçmişimizi, milli qürurumuzu geriyə qaytardıq

Biz yalnız itirilmiş torpaqlarımızı deyil, həmçinin tariximizi, keçmişimizi, milli qürurumuzu geriyə qaytardıq

Təhminə Adıgözəlova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

6 saylı Xüsusiləşdirilmiş vərəm dispanserinin həkimi

Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü və  suverenliyi  qorumaq yolunda da mənfur düşmənlər ilə  daima mübarizə aparır. Bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdə qalıb. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Lələtəpə döyüşləri, Aprel müharibəsi adı ilə düşüb.  Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra baş verən ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin şanlı qələbəsi ilə nəticələnib. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprel müharibəsi 44 günlük Vətən Müharibəsinin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı.

Həmin günlərdə cəmiyyətimiz də özünü mübariz apardı. Azərbaycan cəmiyyəti müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda daima göstərdiyi birliyi bu döyüşlərdə də nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan cəmiyyətinin birliyinin yoxlanılması üçün bir sınaq oldu və xalq olaraq bu sınaqdan qalıb çıxmağı bacardıq. Azərbaycan bütün dünyaya sübut etdi ki,  öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və gərəkli hər bir durumda  Azərbaycan cəmiyyəti birliyini göstə bilər.

Azərbaycan Ordusu döyüş qabiliyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə təsdiqləndi. Ermənistanın bütün sahələrdə gücsüzlüyü və döyüş qabiliyyətinin çox zəif olduğu dünyaya məlum oldu; Ermənistanın havadarlarına zərbə vuruldu.

Rəsmi Bak beynəlxalq güclərə, erməni lobbisinə, havadarlarına ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi. Qırx dörd günlük müharibə Ordumuzun Qələbə paradı ilə yekunlaşdı.

Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən bir digəri də Tovuz döyüşləri oldu. Aprel döyüşlərindəki məğlubiyyətdən dərs almayan İrəvan Azərbaycana qarşı təxribatçı əməllərinə davam edirdi. Ermənistan ordusunun növbəti təxribatının  qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində  rəşadətli Ordumuz düşmənə  sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu və 1 mülk şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbiçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.

Tovuz döyüşlərinin ən böyük önəmi həm də Azərbaycan xalqının düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuza yüksək həmrəylik nümayiş etdirməsi idi. İyul ayının 14-dən 15-nə eçən gecə on minlərlə gənc Bakıda yürüş edərək Azərbaycan Ordusu ilə öz həmrəyliyini nümayiş etdirdi. Növbəti günlərdən başlayaraq minlərlə azərbycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Prezident, Silahlı üvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət  üçün müraciət etdi və qeydiyyata alındı.

Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsi olub, Vətən müharibəsinə gedən yolda ən mühüm və sonuncu mərhələ oldu. Bu döyüşlərdən təxminən 2 ay yarım sonra düşmənin növbəti təxribatı ilə tariximizin Şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başladı.

Vətən müharibəsi yanlız itirilmiş torpaqlarımızı deyil,həmçinin tariximizi, keçmişimizi, milli qürurumuzu bizə geri verdi. Bu möhtəşəm qələbəni bizə bəxş edən şəhidlərimizi dərin hüzn və qurur hissi ilə anır, ruhları qarşısında baş əyirik.....