Biz Xəzər dənizinin Şərq sahilindəki ölkələrin ixracatının Avropaya çatdırılmasında mühüm rol oynaya bilərik

Biz Xəzər dənizinin Şərq sahilindəki ölkələrin ixracatının Avropaya çatdırılmasında mühüm rol oynaya bilərik

Kəmalə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Müharibə münasibətlərdə yaranmış anlaşılmazlıqların həll edilməsinin ən sonuncu və həm də ən yolverilməz vasitəsidir. Nə yazıq ki, biz buna məcbur edildik. Bütün sivil yanaşmaları anlamayan düşmən yalnız zor yolunu labüd etdi və elə bu yolla da yerində oturduldu. İndi biz müharibədən sonrakı mərhələyə qədəm qoymuşuq. Qarşımızda duran başlıca məsələ iqtisadiyyatımızı inkişaf etdirməkdir. Bunun üçün  isə tranzit daşınmaları şərtləndirən infrastruktur, xüsusən də yollar, nəqliyyat şəbəkələri lazımdır.           

Ölkəmizin yerləşdiyi ərazi, yəni iqtisadi-coğrafi mövqe bu baxımdan olduqca əlverişlidir. Biz Xəzər dənizinin Şərq sahilindəki ölkələrin ixracatının Avropaya çatdırılmasında mühüm rol oynaya bilərik. Yəni orta dəhliz adlandırılan istiqamət təkcə bizim maraqlarımıza xidmət etməyəcək. Eyni zamanda həmin region dövlətləri də belə bir strukturun yaradılmasında maraqlıdırlar. Axı niyə də olmasınlar. O şey ki, ölkələrə və onların xalqlarına iqtisadi səmərə verəcək, onun reallaşması niyə əngəllənməlidir ki? Bəli, biz də buradan bir də faydalanacağıq. Həm öz ixracatımız məlum nöqtələrə ünvanlanacaq, həm də tranzit daşınmalardan faydalanacağıq. Amma içini qurd yeyən, beynində düşmənçilik toxumu yuva quran düşmən dövlət bunu anlamaz.

Anlamır ki, bu dəhlizdən faydalananlardan biri də o özü olacaq. Anlamır ki, bizimlə yanaşı o özü də bu layihədən yararlanacaq. Ən azından dünya okeanına nəqliyyat çıxışı əldə edəcək ki, bu da onlara çökmüş iqtisadiyyatlarını qaldırmaq üçün hava və su kimi lazımdır. Bu yolda hər vasitəyə əl atır, özlərinə müttəfiqlər də arayırlar. Deyəsən qonşuların sayəsində bunu tapıblar da. Amma anlamaqda yenə gecikirlər. Anlamırlar ki, bizim haqlı mövqeyimizi müdafiə edən və eləcə də gündən-günə güclənən iqtisadiyyatımızdan faydalanan dövlətlərin sayı və sanbalı daha çoxdur.

Bu gün bir hərbi potensialına görə dünyada doqquzuncu olan Pakistanla, elmi texnologiyanın ən yüksək zirvəsində dayanan İsraillə əməkdaşlıq edirik. Məhz bunları nəzərə alıb bir məlum dəhlizin reallaşmasını nəzərə alıb onlarla ya Rusiya ilə danışıqlar aparırıq. Amma nə qədər tez anlasalar ki, bu təbii qarşısıalınmaz bir prossesdi, o qədər özlərinə də fayda vermiş olacaqlar. Onsuz da buna malik olma qüdrətində deyillər. Biz öz istəyimizə nail olacağıq!