Biz bütün məsəslələrdə bir yerdəyik
Prezident qeyd edib ki, Türkiyə böyük dövlətdir, güclü sənayesi, iqtisadiyyatı və hərbi potensialı var. İkinci qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edəndə Türkiyə dövləti bizim yanımızda oldu, bizə mənəvi dəstək oldu.
Prezident çıxışında bildirib ki, Türkiyənin gücləndirilməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu biz türk dövlətlərinə qürur verir. Sonra prezident çıxışında iki ölkə arasında hərbi sahədən danışıb və bildirib ki, hər il ən azı 10 hərbi təlim keçirilir, həm Azərbaycanda həm də Türkiyədə.Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Prezidentimiz çıxışında bildirib ki, Türkiyə bizim üçün çox önəmli bir ölkədir. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Biz həmişə Türkiyə və Azərbaycan əlaqələrini qoruyub saxlayacağıq.
Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik. Biz öz gücümüzə güc qatırıq ki, Türk dünyasının birləşməsi türk dövlətlərinin hər bir üzvünün güclənməsinə səbəb olacaq. Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Hər iki ölkənin gənclərinin təhsil almasına səbəb olacaq. Bu gün Azərbaycan Türkiyə Unveritetlərinin yaradılması sadəcə təhsil məsələsi deyil. Bu bizim birliyimizin rəmzidir.
Əminəm ki, yaxın gələcəkdə bu unveristet nəinki, Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək. Yaşasın bir millət, iki dövlət olan Azərbaycan Türkiyə birliyi. Xeyirxahlıq, insanpərvərlik və qardaşlıq prinsiplərinə söykənən dostluq qırılmazdır əbədidir.