Bu gün haqq dünyasına qovuşmuş Birinci Qarabağ müharibəsinin şəhidi Bayramov Vaqif Pirəli oğlunun anası Yeranduxt Bayramova Hövsan qəsəbəsi Zeytun bağları yaşayış sahəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, və digər rəsmi şəxslər iştirak ediblər.
Dəfn mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov mərhuma Allahdan rəhmət diləyərək doğmalarına dərin hüznlə başsağlığı veriblər.