Beynəlxalq Muzeylər Günü münasibəti ilə YAP Suraxanı rayon təşkilatının nümayəndələri Suraxanı rayon Heydər Əliyev Mərkəzində sərgidə iştirak etmişlər
18 may - Beynəlxalq Muzeylər Günüdür. Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Hər il olduğu kimi bu il də, Suraxanı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü münasibəti ilə sərgi keçirilmişdir. Sərgidə Suraxanı rayonun digər müəssisə, təşkilatları ilə yanaşı Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının aparatının əməkdaşları, yerli təşkilatın bir qrup fəal gənci və fəal üzvlər iştirak etmişlər. Öncə Suraxanı rayon Heydər Əliyev Mərkəzində sərgilənən Ulu Öndər Heydər Əliyevə məxsus tarixi foto şəkillər və sənədlərlə tanış olan YAP nümayəndələrinə mərkəz haqqında geniş məlumat verilmişdir.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli bildirdi ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Güclü Muzeylər” mövzusuna həsr olunub. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Firəngiz Məlikbəyli mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra xüsusi vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin yeni nəsillərə çatdırılması istiqamətində Heydər Əliyev mərkəzlərinin misilsiz xidmətləri vardır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev Beynəlxalq Muzeylər Günü münasibəti ilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarına YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun təbriklərini çatdırdı. Ənvər Haqverdiyev bildirdi ki, Suraxanı rayonunun ictimai-siyasi həyatında Heydər Əliyev Mərkəzinin əvəzsiz rolu vardır. Xüsusi ilə yeni formalaşan nəslin yetişməsində və Heydər Əliyev irsinin gənclər arasında geniş yayılmasında mərkəz öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdədir. YAP Suraxanı rayon təşkilatının nümayəndəsi xüsusi vurğuladı ki, Heydər Əliyev mərkəzləri hər bir Azərbaycan vətəndaşı üçün doğma məkandır.