Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək

Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək

Vüsalə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

“Suraxanı OYL OK.S.A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndisi

Prezidentin Almaniyaya səfəri ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin möhkəmləndirilməsi ilə bağlıdır.  Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Çünki Almaniyanın Avropanın inkişaf etmiş qüdrətli dövlətlərindən biri olduğu hər kəsə məlumdur. Bu baxımdan Azərbaycanın bu ölkə ilə əməkdaşlığı çox əhəmiyyətlidir.

Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Bu Azərbaycan üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Bizim hazırda yaşıl gündəliyimiz var və Azərbaycan istər COP29-a qədərki, istərsə də COP29-dan sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhvəsini verməyə davam edəcək. Azərbaycan bərpa olunan enerjinin istehsalı və ixracı sahəsində böyük gücə malikdir.

Prezident İlham Əliyev bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Hazırda Azərbaycanın dünya birliyndəki reytinqi sürətlə yüksəlir.

 Biz “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Heydər Əliyevin qurduğu dövlətdə yaşayırıq. Odur ki, Heydər Əliyev irsini ən dəyərli miras kimi qəbul edən Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan güclü iqtisadiyyatın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını çox yaxşı bilir.

Azərbaycanı iqtisadi cəhətdən müstəqil ölkəyə çevirmək həm Ulu Öndərin, həm də Prezidentimiz İlham Əliyevin siyasətinin ən başlıca məqsədlərindən biri olmuşdur. Azərbaycanımızın yaxşı nəticələrə nail olması üçün Prezidentimiz əlindən gələni edir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. 

Son olaraq demək istəyirəm ki, Azərbaycan-Almaniya münasibətlərinin tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətləri daha da genişlənəcəkdir.