Azərbaycanla Macarıstan 10 ildən çoxdur birgə əməkdaşlıq edirlər

Azərbaycanla Macarıstan 10 ildən çoxdur birgə əməkdaşlıq edirlər
Leyli Rüstəmova
YAp Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 315 nömrəli orta məktəbin direktor vəzifəsini icra edən 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Vikta Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış edib: Azərbaycan ilə Macarıstan rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir.
Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətdə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.
Bu gün biz cənab Prezidentlə on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsidir. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilməzdi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin.
Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır.
Macarıstan təkcə Azərbaycan qazının istehlakını deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələsinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində də böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bununla paralel olaraq, təhsil sahəsində də çox yaxşı nəticələr var.
Cənab Prezident Baş nazirə fürsətdən istifadə edərək təşəkkürünü bildirmişdir və 200 Azərbaycan gəncinin Macarıstan hökümətinin dəstəyi ilə alınmış təqaüd-tələbə təqaüdləri ilə Macarıstanda oxuduqlarını bildirmişdir. Bu əlbəttə ki, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcəkdir. Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan II Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, 1 milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra 2 il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ağır yaralanıb. Ona görə də bu sahədə Macarıstanın təcrübəsini məsəl alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Bununla paralel olaraq, bu gün, eyni zamanda macar şirkətlərini azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.