Azərbaycanla Aİ arasında imzalanmış memorandum əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq
Aygün Azayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Əlövsət Vəliyev adına uşaq bagçasının müdiri
Respublikamızın yüksək inkişaf səviyyəsinə çatmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilmişdir. Bu il ölkəmizin xarici siyasətində çox önəmli addımlar atılıb və ölkəmizin nüfuzu daha da artıb. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumu bu yüksək siyasətin bir nəticəsidir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin 2022-ci il iyulun 18-də Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların siyasi məzmunu bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində daha üstün mövqelərə malik olduğunu bir daha təsdiqləyir. Avropa Komissiyasının Prezidenti Azərbaycan Respublikasına göstərdiyi etibara və etimaddan qürur hissi keçiririk. Azərbaycan Respublikasının yüksək potensialının olmasının Avropa ölkələri tərəfindən qiymətləndirilməsi cənab Prezidentin alternativsiz xarici siyasətinin nəticəsidir. Azərbaycanla Aİ arasında imzalanmış memorandum əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq. Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda ciddi söz sahibidir. Dövlətimiz beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə hər zaman dünyada ədalətin təmin edilməsinə mühüm töhvələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu gün imzalanmış memorandum xalqımızın rifahını daha da artıracaq, yeni layihələrin imzalanmasına yol açacaqdır.
Müstəqil Azərbaycan cənab Prezidentin yorulmaz siyasi fəaliyyəti nəticəsində uca zirvələrə doğru inamla irəliləyir. Görülən işlər dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha firavan yaşamasına göstərilən xidmətdir. Xalqımızın parlaq gələcəyi naminə görülən işlərdə böyük uğurlar arzu edirik.