Azərbaycan–İtaliya münasibətlərində humanitar və təhsil sahəsi xüsusi yer tutur

Azərbaycan–İtaliya münasibətlərində humanitar və təhsil sahəsi xüsusi yer tutur

Fatimə Suleymanlı

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də geniş və çoxşaxəlidir. Hazırda təxminən 130 İtaliya şirkəti ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin iştirakı strateji əhəmiyyət daşıyır. Artıq bu bölgələrdə 23 layihənin icrası İtaliya şirkətlərinin bilavasitə iştirakı ilə həyata keçirilir ki, bu da onların bərpa və yenidənqurma prosesində öncül mövqeyini təsdiqləyir.

Azərbaycan–İtaliya münasibətlərində humanitar və təhsil sahəsi xüsusi yer tutur. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması bu əməkdaşlığın ən mühüm strateji layihələrindən biri kimi qiymətləndirilir.

Artıq 500-dən çox tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, iki ölkə arasında mədəni və intellektual körpü rolunu oynayacaqdır. Bu layihə Azərbaycan və İtaliyanın yalnız iqtisadi və siyasi deyil, həm də insan kapitalına əsaslanan uzunmüddətli tərəfdaşlıq modelini formalaşdırdığını göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–İtaliya münasibətlərinin sadəcə diplomatik çərçivədə deyil, eyni zamanda iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirir. 

Enerji təhlükəsizliyindən sənaye əməkdaşlığına, investisiyalardan təhsilə qədər geniş spektri əhatə edən bu tərəfdaşlıq regionlararası inteqrasiyanın və Avropa–Cənubi Qafqaz əlaqələrinin mühüm dayaqlarından biri kimi çıxış edir. Bu münasibətlər qarşılıqlı etimad, uzunmüddətli strateji maraqlar və real nəticələr üzərində inşa olunaraq yeni mərhələyə qədəm qoyur.