Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının vəzifələri mövzusunda iclaslar keçirilmişdir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində təsis edilməsi ilə əlaqədar qərarın verilməsi və 1966 -ci ildən isə Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə Zirvə görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Bandunq prinsipinə əsaslanan Qoşulmama Hərəkatı bir sıra dövlətləri özündə birləşdirən və beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan bir Hərəkatdır.
Azərbaycan 2011-ci ildən etibarən bu Hərəkatın tamhüquqlu üzvüdür. Bu Hərəkata üzv olduqdan sonra cənab Prezident ilham Əliyevin apardığı doğru siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü üzv olan dövlətlər tərəfindən tanınmış və Ermənistanın apardığı işğalçılıq siyasəti qınanılmışdır.
2019-2022-ci illər üzrə Azərbaycan bu Hərəkata sədrlik etmişdir. Bu dövr dünyanın bir nömrəli bəlasına çevrilən pandemiya dövrünə rast gəlsə də, Azərbaycan qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə “COVİD-19” əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi adlı qətnamə qəbul edilmiş, post-pandemiya dövründə qlobal vəziyyət və Qoşulmama Hərəkatının vəzifələri mövzusunda iclaslar keçirilmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi üzv olan ölkə başçıları tərəfindən 1 il müddətinə daha uzadılması barədə yekdilliklə qərar verilmişdir.
2 mart 2023 – cü ildə Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir. Ölkə başçımız münaqişənin bitməsindən sonra regionda sülhün bərqərar olması üçün atılan addımlardan, bəzi Avropa ölkələrinin isə o cümlədən, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyindən və sülhə mane olmaq cəhdlərindən xüsusi qeyd edərək onların bu addımını pisləmişdir. Fransa hakimiyyəti istər müharibə dövründə, istərsə də Tarixi Zəfərdən sonra Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş və əsassız ittihamlar atmaqla Azərbaycanı dünya arenasında nüfuzuna zərər vurmağa çalışsada ancaq bu istəyinə nail ola bilməmişdir. Çünki Azərbaycan artıq iqtisadi cəhətdən zəif, vahid komandanlığa sahib olmayan bir orduya sahib, bacarıqsız bir dövlət başçısı olan bir dövlət deyildir. Bu bir həqiqətdir ki, artıq dünya ölkələri bir çox sahələrdə Azərbaycanla hesablaşır. Bu da Azərbaycanın zəngin təbii sərvətlərinin, güclü orduya sahib bir ölkə və uzaqgörən, vətənini, xalqını sevən bir dövlət başçısının olmasının nəticəsidir.
Fransa və Ermənistanın apardığı siyasətə nəzər salsaq, heç bir fərqin olmadığını görmüş olduğunu görərik. Doğrudur burada bizim üçün təəcüblənəcək heç bir əsas yoxdur. Çünki coğrafi baxımdan bir birindən uzaq olmasına baxmayaraq işğalçılıq siyasəti, digər ölkələrə qarşı ərazi iddialarını irəli sürmək kimi niyyətləri onların ortaq nöqtəsidir. Yəni özləri demişkən iki bacı dövlətdir. Həm niyyətdə, həm də siyasətdə.
Fransanın törətdiyi saysız – hesabsız soyqırım nəticəsində milyonlarla günahsız insan amansızcasına qətlə yetirilmişdir. Ancaq Fransa yaxşı anlamalıdır demokratiya adı altında işğal etdiyi torpaqlarda etikləri ağlasığmaz cinayətlər və talançılıq siyasətinə görə tarix qarşısında cavab verəcəkdir.
Cənab Prezident İlham Əliyev Fransanın siyasətini qiymətləndirərək demişdir ki, qanlı soyqırımlar, müstəmləkə siyasətləri Fransa üçün bir ləkədir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcədə soyqırım aktlarına görə Fransanı üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Bu bir həqiqətdir ki, Afrika qitəsində yerləşən vaxtilə Fransanın müstəmləkəsi olmuş ölkələr artıq bunu anlayır, onunla diplomatik əlaqələrini ən aşağı səviyyəyə endirərək, fransız əsgərlərinin ölkələrini tərk etməsini tələb edirlər. Tarix Fransanın törətdiyi qətliamlara bir gün əlbət öz qiymətini verəcəkdir.
Qoşulmama Hərəkatının Bakıda keçirilməsi və Hərəkatın sədrliyinin bir il daha uzadılması Azərbaycanın qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan etibarlı bir tərəfdaş, siyasət arenasında güclü bir dövlət olduğunun göstəricisidir.