Azərbaycanın son illər güclənən böyük nüfuzu, siyasi çəkisi daha da artmaqda davam edir
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Azərbaycanın türk dövlətləri ilə olan münasibətinin kökləri dərin keçmişə söykənir. Bu münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər Heydər Əliyev türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verib.Son illər yaranan yeni reallıqdan sonra türk birliyinin güclənməsi istiqamətində ciddi addımlar atılır. Burada əsas aparıcı qüvvə Azərbaycan dövlətidir.
Prezident İlham Əliyevin bu ölkələrə səfərləri onu göstərir ki, biz türk birliyini daha da möhkəmləndirir və inkişaf etdiririk. Dövlət başçısının bu səfərləri zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək.
Prezident İlham Əliyev dünən Qazaxıstana səfər edib və bu gün Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edib. Toplantıda 11 dövlət başçısı iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev iclas zamanı öz çıxışında Azərbaycanın işğal altında olan torpaqlarının düşməndən azad edildiyini və Ermənistanın müharibənin bitməsinə baxmayaraq, sərhəddə təxribatlar törətməsi barədə iştirakçıları məlumatlandırıb. Düşünürəm ki, bu səfər böyük əhəmiyyət daşıyır.
Azərbaycanın son illər güclənən böyük nüfuzu, siyasi çəkisi daha da artmaqda davam edir. Azərbaycan yalnız türk dövlətləri üçün yox, eyni zamanda Avropa üçün də çox yaxşı tərəfdaşdır. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq, bu əməkdaşılığın daha da gücləndirilərək strateji tərəfdaşlığa çevrilməsi prioritet istiqamətlərdəndir