Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkə rəsmi müraciət edib
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Cənab Prezident çıxışında bir çox mühüm məsələlərə münasibət bildirib.
Ölkələrimiz arasında siyasi dialoqun olduqca fəal olduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqə inkişafını bildirən cənab Prezident qeyd etmişdir ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın rolundan danışan cənab Prezident bildirmişdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə Azərbaycan müstəqilliyinin bərpasından üç keçəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Azərbaycan tez bir zamanda Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prossində təşəbbüsü öz üzərinə götürdü və bu vəzifəni uğurla həyata keçirir.
Azərbaycanın enerji strategiyasından danışan cənab Prezident qeyd etmişdir ki, bu strategiyanın önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 ilə ərzində qonşu ölkələr bazarında etibarlı təzhizatçıya çevrilmişdir. Azərbaycan qaz təçhizatının həyata keçirilməsi üçün böyük qaz təchizatı boru kəmərlərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir-Cənubi Qaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik(TAP) boru kəməridir ki, o İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.
Azərbaycan təbii qaz ehtiyatlarına tələbatın durmadan artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracın həcmi 22 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bunun üçün əlavə maliyyə vəsaiti tələb edildiyini və Azərbaycanın investor kimi buna hazır olduğunu, lakin digər investorların da bu işdə iştirakının zəruriliyini qeyd etdib. Prezident cənab İlham Əliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkədən rəsmi müraciət aldığını qeyd edib.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafından bəhs edərkən qeyd olunmuşdur ki, bu ilin avqust ayında Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı sənədlərin mübadiləsi mərasiminin Romanın tarixi məhəlləsində yerləşən səfirliyin yeni binasında keçirilən ilk tədbir olduğunu vurğuladı, məhs təhsil sahəsinə aid olmasının İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi kimi qiymətləndirildiyi və 2 ölkənin təhsil sahəsində genışmiqyaslı əməkdaşlığa başladığını qeyd etdiyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu forumun plenar iclasındakı çıxışı ümumilikdə deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirir və gələcəkdə Azərbaycanın bu sahədə rolu daha da artacaq.