Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir

İxtiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri

Bir xalq, bir insan üçün ən böyük sərvət müstəqil bir dövlətdə yaşamaqdır. Müstəqilik hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. Bu yolda yeri gəlib öz canlarını sipər ediblər. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil.

Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini iki dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub: nə olursa-olsun, müstəqil dövlət olmaq! Bu amal uğrunda addım-addım irəlilənmiş və şəhidlər verilmişdir.
1918 ci il mayın 28 Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

71 ildən sonra yəni 1991-ci il oktyabrın 18 Azərbaycan Respublikası öz müstəqilliyini yeniden bərpa etdi.Bu gün Azərbaycan tarixinin ən mühüm günləridən biridir. Hər zaman müstəqil, demokratik ölkədə yaşamağa arzusunda olan bir xalq üçün çox çətin qazanılmış müstəqillik idi. Xalqın can , qanı bahasına əldə edilmiş müstəqillik idi.

Xüsusilə vurğulamaq lazımdır ki, müstəqilliyin əldə edilməsində, müstəqillik uğrunda mübarizdə Ulu Öndər Heydər Əliyevin rolu çox böyükdür. Uzaqgörən dahi lider sovet hakimiyyəti dövründə dövlət səviyyəsində reallaşdırdığı tədbirlər xalqımız və ölkəmiz üçün müstəqilik uğrunda ən böyük addımlardan biri idi. Heydər Əliyevin rəhbərliyi ilə milli mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi, elmi və bədii əsərlər vasitəsilə milli-mənəvi dəyərlərimizin bərpası Azərbaycan dilinin 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasına daxil edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbi təsis etməklə azərbaycanlı hərbçi kadrlarının formalaşdırılması xalqımızı müstəqilliyə hazırlamaq idi.

Nəticədə 1991-ci il 18 oktyabrda Azərbaycan 71 ildən sonra yenidən müstəqilliyini bərpa etdi.Şüphəsiz ki, Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpa edilməsi və müstəqillik gününün həmin ərazilərdə qeyd edilməsi idi. Bu arzumuz ürəyimizdə qalmadı. Ali baş komandan İlham Əliyev xalqımızın bu arzusunu reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq İlham Əliyevin rəhbərliyiylə Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti müasir Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir.

Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.