Azərbaycanın 200 qiqavata yaxın bərpa olunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib

Azərbaycanın 200 qiqavata yaxın bərpa olunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib

Könül İsmayılova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 163 saylı körpələr evi, uşaq bağçasının müdirəsi

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev tədbirdə iştirak edib. Çıxış zamanı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezdenti Zati aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Dövlət və Hökümət başçılarına bu mühüm toplantıya dəvət edildiyinə görə təşəkkürünü bildirib. Auditoriya qarşısında çıxış etməyindən qurur hissi duyduğunu bildirib.

İlham Əliyev çıxış zamanı bir neçə mühum məsələlərə toxunub və bildirmişdir ki, enerji təhlukəsizliyimizi bir neçe il əvvəl temin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji mənbəyini təmin edir o cümlədən xam nefti, təbii qaz neft məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycanın 200 qiqavata yaxın bərpa olunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.

Bu zəngin potensialdan artıq istifadə olunmasına başlanılıb. Ötən ilin yanvarında 240 MVT gücündə Xızı Abşeron külək elektrik stansiyasının, martda isə 230 MVt gücündə Qaradağ Günəş elektrik stansiyasının təməli qoyuldu. Qaradağ Günəş elektrik stansiyası Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti tərəfindən təmir edilir.

Prezident İlham Əliyev yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin patensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Quruda 27 qiqavatlıq 2020-ci ildə Vətən muharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Umumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edibki bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.

Son səfəri və ölkəmizə qarşı bu ölkənin isti münasibətini dərindən təhlil etdiyimiz zaman deyə bilərik ki, Azərbaycan bütün körfəz ölkələri ilə olduğu kimi BƏƏ ilə də məhsuldar əməkdaşlıq nümunəsi ortaya qoya bilmişdir.