Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında bir çox əhəmiyyətli məqamlara toxunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən sahibkarlığın və biznesin inkişafı hər zaman dövlətin diqqət mərkəzində dayanır. Danılmaz faktdır ki ,ölkəmizdə həyat getdikcə dəyişir insanların rifah halı daha da yaxşılaşır. Paytaxt Bakıda və bölgələrdə yeni sosial lahiyələr həyata keçirilir. İnşa olunan göydələnlər, nəhəng körpülər müasir yollar Azərbaycanın getdikcə artan iqtisadi gücündən xəbər verir.
Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif sahələri əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
Prezident İlham Əliyev zəfərdən sonra yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin geniş spektrinə diqqət çəkərək demişdi.İndi təsəvvür edin ki biz üç hava limanı inşa edirik.
Biz 100 kilometrlərlə dəmir yolu çəkməyə başlamışıq. Minlərlə kilometr avtomobil yolu çəkilib çəkiləcək də. Məktəblər, xəstəxanalar idman kompleksləri mədəniyyət ocaqları. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının suvarma və paylama kanalların bərpası və yenilərinin tikintisinin də 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır . Qarabağ və Şərqi Zəngəzurda zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə internet poçt və .s təşkil edilib
Vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından məşğulluğun təmin edilməsi vacib məsələlərdən biridir.
Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində görülən işlərin kefiyyətli vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyi bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasında Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olduğunun təsdiqidir.