Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Aidə Hüseynzadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin müəllimi
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. 29 iyun 2022-ci il tarixində Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Dövlət başçımızın da iştirak etdiyi bu toplantıda Xəzəryanı dövlətlərin əməkdaşlığı, Xəzərin təhlükəsizliyi, suyun bioloji ehtiyatlarının qorunub saxlanılması və səmərəli istifadəsi, nəqliyyat, fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə müzakirələr aparılmış,sazişlər imzalanmışdır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər ölkə başçılarını xüsusi qonaqpərvərliklə qarşılamış və dövlət başçıları ilə məhdud tərkibdə görüş təşkil etmişdir. Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş baş tutmuşdur. Zirvə Toplantısını açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında göstərilmiş qonaqpərvərliyə və VI Xəzər Sammitinin yüksək səviyyədə təşkilinə görə Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirmişdir. İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Prezident vəzifəsinə seçilməyi münasibətilə təbrik etmiş və yeni uğurlar əldə etməyini arzulamışdır.
İlham Əliyev çıxışı zamanı ölkəmizin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini xüsusi qeyd etmiş və bildirmişdir: “2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya bizim üçün də tarixi əhəmiyyət kəsb edir. Məhz çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edir, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşınmaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaları hər il artıracaqdır.Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqda davam edəcəkdir.”
Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanmış, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri,o cümlədən BMT, ATƏT,İslam Əməkdaşlığı Təşkilatı,Türk Dövlətləri Təşkilatı,MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amillərinə çevrilmişdir. Azərbaycan Vətən müharibəsində Qələdən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üzrə genişmiqyaslı işlər görməyə başlayıb.Zəngəzur dəhlizi artıq reallığa çevrillib.
Sonda İlham Əliyev Sammitin səmərəli təşkilinə görə bir daha Türkmənistan tərəfinə öz təşəkkürünü bildirmişdir. Daha sonra digər ölkə başçılarının çıxışları baş tutmuş və dövlət başçılarının birgə fotosu çəkilmişdir.