Azərbaycan və Şimali Makedoniya arasında siyasi əlaqələr yüksək səviyyədədir

Azərbaycan və Şimali Makedoniya arasında siyasi əlaqələr yüksək səviyyədədir

Qəribə Həsənova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 331 saylı uşaq bağçası və körpələr evinin müdir əvəzi

2024-cü il martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirilib və mətbuata bəyanatlar verilib.Prezident İlham Əliyev çıxışında Şimali Makedoniya ilə Azərbaycanın ikitərəfli əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, bu səfərin iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlərin iqtisadi əməkdaşlığa da müsbət təsir göstərəcəyi gözlənilir. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, o cümlədən Balkan ölkələrinə qaz tədarük etdiyini qeyd edib. Bu çərçivədə Azərbaycan və Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Dövlət başçısı çıxışında Azərbaycanın Balkan regionu ilə əlaqələrinin inkişafına önəm verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Balkan ölkələri ilə ticarət, enerji, nəqliyyat və mədəniyyət sahələrində
əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.Prezident İlham Əliyev eyni zamanda COP29 tədbiri ilə bağlı Azərbaycanın üzləşdiyi ədalətsiz kampaniyalara toxunub. O, Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal iştirak etdiyini və Bakı şəhərinin bu mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəmizin beynəlxalq arenada etimad qazandığının göstəricisi olduğunu vurğulayıb. Görüş zamanı tərəflər kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Prezident İlham Əliyev Şimali Makedoniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. O, Azərbaycanın investisiya mühiti və strateji layihələri barədə məlumat verərək, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Hər iki prezident qarşılıqlı rəsmi səfər dəvətləri irəli sürüb və münasibətlərin gələcək inkişafına dair müzakirələr aparıblar. Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Şimali Makedoniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Görüş çərçivəsində iqtisadi,siyasi və mədəni sahələrdə əməkdaşlıq imkanları geniş müzakirə olunub və gələcəkdə əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb.