Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır
Nüşabə Abbasova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
Hələ, 2002-ci ildə millət vəkili, ARDNŞ-in birinci vitse-prezident olarkən İlham Əliyevin ABŞ-da keçirdiyi görüşlərin birindən sonra siyasətçi Vrent Skoutroft demişdi: “Mən Azərbaycanın gələcəyinə nikbin baxıram. İlham Əliyev bizə güclü siyasətçi təsiri bağışlayır”.
XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. Bu dövrdə Azərbaycanın neft strategiyası uğurla davam etdirilirdi. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi, dünyanın aparıcı neft şirkətlərinin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə, Litva Respublikasının Prezidenti Gitanas Nauseda arasında müxtəlif sahələrdə sazişlər imzalanıb. Cari ilin 22 may tarixində Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanan əməkdaşlıq sənədi “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsinə dair Saziş” adlanır.
Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkəmiz bu gün Avropanın etibarlı təchizatçısı kimi nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Sazişlər təkcə prezidentlər arasında deyil, o cümlədən, Gənclər və İdman Nazirliyi, Sosial Təhlükəsizlik və Əmək Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının sözügedən nazirlikləri arasında imzalanıb. Bunlar əməkdaşlıq sazişləri 2024-2025-cil illər üçün nəzərdə tutulub.
Litva Respublikası ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı (Aİ) – Azərbaycan Respublikası çərçivəsində də önəmli rol oynayır. Qeyd edək ki, Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxış edən zaman bu sözləri təsadüf yerə deməmişdi: “Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya bu günkü səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə daha müsbət dinamika verəcək. Bir il əvvəl Azərbaycana səfərim zamanı biz əməkdaşlıqla bağlı səmərəli danışıqlara başladıq. Həmin vaxt danışıqlar zamanı iqtisadiyyat və təhsil sahələrində əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğumuzu bildirdik".
Prezident İlham Əliyevin bu dəfəki səfəri zamanı litvalı həmkarı Gitanas Nauseda, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə görüşləri keçirilib. İki ölkənin rəhbərləri, həmçinin mətbuata bəyanatlarla çıxış ediblər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.
Yazının əvvəlində əbəs yerə siyasətçi Vrent Skoutroft stat gətirmədim. İllər öncə amerikalı siyasətçinin təhlilləri həqiqəti əks etdirirmiş. Bu gün xalqımız öz dahi lideri, onun milli maraqlara söykənən siyasətinə arxalanır və onunla qürur duyur.