Azərbaycan - Türkiyə qardaşlıq, dostluq münasibətləri ən yüksək səviyyədədir və bu münasibətlər hər gün daha da inkşaf edir, möhkəmlənir
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Danılmaz faktdır və təqdirəlayiq haldır ki, Azərbaycan və Türkiyə qardaşlıq, dostluq münasibətlərinin dünyada bənzəri yoxdur. Bu dostluq qardaşlıq münasibətləri bütün dünya dövlətlərinə nümunədir. Azərbaycan -Türkiyə dövlətləri arasındakı bənzərsiz, sıx dostluq-qardaşlıq , unikal əməkdaşlıq nümunəsinin davamlı inkişafında hər iki ölkənin hakim partiyalarının əvəzolunmaz rolu var.
Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında uzun illər davam edən əməkdaşlıq ötən il yeni mərhələyə qədəm qoydu. İki ölkənin hakim partiyaları arasında 2021 -ci il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri , Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına,yüksək səviyyəyə çıxmasına təkan verir. Dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürən Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası əlaqələri daha da gücləndirmək, inkişaf etdirmək üçün mühüm səylər və təşəbbüslərlə çıxış edir.
Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdədir.Səfər çərçivəsində iki qardaş ölkənin hakim partiyaları arasında imzalanan Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində görüləcək işlər, imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulan müddəaların icrası, perspektivdə olan məsələlər ətrafında Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırımla faydalı müzakirələr aparılmışdır.
Beləliklə, iki qardaş ölkə rəhbərlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və müzakirə olunan məsələlər iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayir. Bu gün Azərbaycan Türkiyə qardaşlıq, dostluq münasibətləri ən yüksək səviyyədədir və münasibətlər hər gün daha da inkşaf edir , möhkəmlənir.
Azərbaycan -Türkiyə qardaşlığı,dostluğu əbədi və sarsılmazdır!