Azərbaycan Somali iqtisadiyyatının inkişafına yardım edəcək

Azərbaycan Somali iqtisadiyyatının inkişafına yardım edəcək

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzi Fondun baş mühafizi 

2025 – ci il fevral ayının 11-də Somali Federativ Respublikasının Prezidenti  Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu Somalinin tarixdə Azərbaycana ilk rəsmi səfəri olduğundan bu səfərin məqsəd və məramı bir Azərbaycan vətəndaşı kimi məndə böyük maraq doğurdu. Səfərin gedişinə nəzər saldıqda aydın oldu ki, təbii ehtiyatlarla zəngin Afrika qitəsində yerləşən Somali rəhbərliyi Azərbaycanın bu sahədəki iş təcrübəsindən yararlanmağa və qarşılıqlı əlaqələri inkişaf etdirmək məqsədilə ölkəmizə səfər edib.

Bakıda Azərbaycan və Somali arasında imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi oldu. Bu sənədlər arasında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə əməkdaşlığa dair anlaşma memorandomu, energetika, su ehtiyatları və yaşıl enerji sahəsində əməkdaşlıq, təhsil sahəsində, müdafiə sahəsində, müdafiə sənayesi sahələrində sazişlər imzalandı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Somali Federativ Respublikanın Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı KİV- nə verdiyi bəyanatda qeyd oldu ki, “Bakıda imzalanmış bütün razılaşlamalar həyata keçiriləcək və münasibətlərimiz daha da möhkəmlənəcək.”

Hörmətli qonaq həmçinin “Asan” xidmət mərkəzi ilə tanış olmuş, ona Azərbaycanın “Asan” xidmət modeli ətraflı təqdim olunmuşdur. Buradan öz təəssüratlarını mətbuata bildirən Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanın təcrübəsindən yararlanacağını bildirib.

Artıq Azərbaycan hökuməti Somali iqtisadiyyatına necə sərmayə qoymaq barədə düşünür. İnfrastruktur, liman qurğuları, təhsil və kənd təsərrüfatı və.s

Ölkəmiz bir çox sahələrdə, daxili və xarici siyasətdə öz sözünü demiş suveren ölkədir. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması bunun bariz nümunəsidir. Təcrübəmiz və iqtsadiyyatımız imkan verir ki, biz Somaliyə sərmayə qoyaq və yüksək əməkdaşlıq əlaqələri yaradaq. Bu əlaqələr ölkələr arasında strateji, genişmiqyaslı və uzaqgörən, möhkəm dostluğa zəmin yaradacaqdır.