Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün uğurlu daxili və xarici siyasət həyata keçirir

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün uğurlu daxili və xarici siyasət həyata keçirir
Əliqismət Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan-Özbəkistan əlaqələrinin bu günkü səviyyəsi haqqında düşünərkən görərik ki, Azərbaycan və Özbəkistan istər ikitərəfli, istər çoxtərəfli əməkdaşlıq çərçivəsində çox sıx əlaqələrə malikdir.
Hazırda Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd edib. Həmçinin möhtərəm dövlət başçımız mətbuata verdiyi bəyanatında Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayıb.
Azərbaycan və Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib: Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafında olduqca önəmlidir. Prezidentlərin görüşləri çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində, beynəlxalq platformalarda birgə fəaliyyətlərdən, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə edilib və səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb”.
Bildiyimiz kimi Daşkənddə “Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq qurulmuşdu Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qarabağın bərpası üçün Azərbaycana Füzuli şəhərinə bağışladığı məktəbin açılışında iştirak etdi. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar. Azərbaycanın Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”u imzalayıblar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”i imzalayıblar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u imzalayıblar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzalayıblar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzalayıblar.
Ölkələrimizin diplomatik münasibətlərinin (1995-ci il oktyabrın 2-də qurulub) hələ otuz ili tamam olmasa da, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin zəngin tarixi var və ortaq tarix, dil, din və mədəniyyət dəyərləri üzərində təşəkkül tapıb. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai Nizami Gəncəvidən ilhamlanaraq öz “Xəmsə”sini qələmə alıb. Orta əsrlərdə hər iki xalq arasında əlaqələr müxtəlif mərhələlərdən keçib.
Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, iqtisadi, mədəni və digər sahələrində fəal iştirak edir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
Bakıda XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. Vətən müharibəsi zamanı Özbəkistan hər zaman Azərbaycanı dəstəkləyib. Müharibədən sonra Qaradağda həyata keçirilən quruculuq işlərində Özbəkistanın dəstəyini əsirgəməməsi türk birliyinin bariz nümunəsidir.