Azərbaycan mühüm layihələrə doğru
Məlahət İsmayılova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Bildiyimiz kimi, Azərbaycanın bir çox dostluq və qardaşlıq münasibəti qurduğu dövlətlər vardır. Bunların içində Ulu Öndərimizin dediyi kimi bir millət iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı bunun bariz nümunəsidir. Tarixi zamanlardan ta bugünə qədər hər zaman bir-birinə arxa dayaq olan bu iki qardaş dövlət 2020-ci ildə baş verən 44 günlük zəfər savaşında Azərbaycanın hər tərəfliyanında oldu. Türkiyə Azərbaycanın hər aman yanındadır, qələbəsinə isə öz qələbəsi kimi sevinir.Azərbaycan Türkiyə qardaşlığının bariz nümunələrindən biri də budur ki, mühüm strategiyalı sazişlər buna aiddir. Bakı-Tbilisi-Ceyhan,TANAP layihəsi və bir çox anlaşmalar onu göstərir ki,bir millət iki dövlət olan Azərbaycan Türkiyə qardaşlığı hər zaman sarsılmazdır,əbədidir. Hər zaman cənab İlham Əliyev tərəfindən çıxışlarda qeyd olunan Azərbaycan Türkiyə qardaşlığı bir çox düşmənə də göz dağıdır. Və bu qardaşlıq əbədidir,çünki Türkiyə Azərbaycan xalqı bir-birinə bağlı bir xalqdır və bu qardaşlıq hər zaman sürəcək əbədi qardaşlıqdır.
Noyabr ayının 25-də ADA universitetində “Orta dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda konfrans keçirilmişdir. Cənab Prezidentimiz İlham Əliyev konfransda çıxış edərək layihənin icrası üçün lazım olan amillər sırasında sabitlik, təhlükəsizlik və iqtisadi imkanları xüsusi olaraq bildirmişdir:” İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da,bizim daxili siyasətimiz nəticəsində əmələ gəlmişdir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik- bütün bu amillər körpülərin və bir çox ölkələrlə yaxın münasibətlərin qurulması ilə bugünkü reallığa gətiitb.”
Azərbayan sosial və iqtisadi cəhətdən bir sıra uğurlara imza atmışdır. Azərbaycanın enerji sahəsində fəaliyyəti onu regional enerji mərkəzinə çevirmişdir. Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirmişdir. Həmçinin, konfransda Azərbaycanın dəniz ticarət limanı haqqında da məlumat verilmişdir. Bu infrastruktur layihəsinin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyi qeyd edilmişdir.
Prezidentimiz konfransda onu da vurğulamışdır ki, Laçın aeroportu hazır olandan sonra işğaldan azad edilmiş ərazilərdə üç hava limanı fəaliyyət göstərəcək. Və Azərbaycan üzrə onların sayı doqquza yüksələcəyini qeyd etmişdir.
Azərbaycan Respublikasının şərq ilə qərbin qovuşacağı yerdə yerləşməsi, onun coğrafi mövqeyi, Avropa ilə Asiya qitələrini birləşdirməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Respublikası istənilən regional irimiqyaslı layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.