Azərbaycan ilə Kamboca arasında dostluq münasibətləri və siyasi əlaqələr yüksək səviyyədədir
Yusif İbrahimov
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə
12 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycanda keçirilən görüş zamanı mətbuata bəyanatlarla çıxış etmişlər. Görüşdə iki ölkə arasında mövcud münasibətlər, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.
Bəyanatda iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi diqqətə çatdırılmışdır. Tərəflər qarşılıqlı investisiyaların artırılması, birgə istehsal müəssisələrinin yaradılması və sahibkarlar arasında əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə etmişlər. Bu məqsədlə ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına xidmət edən birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunmuşdur.
Hər iki ölkə üçün aktual olan mina təhlükəsi məsələsi də bəyanatda qeyd edilmişdir. Bu sahədə təcrübə və bilik mübadiləsinin aparılması, müvafiq təlimlərin keçirilməsi vacib hesab olunmuşdur. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığı vurğulanmışdır.
Prezident Cənab İlham Əliyevin bəyanatı Azərbaycan ilə Kamboca arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.