Azərbaycan böyük və beynəlxalq tədbirin-COP 29-un ev sahibliyini edir
Azərbaycan gözəl diyar! Mərdlər, qəhrəmanlar diyarı! Yenilməz ordunu yetişdirən, uzaqgörən, güclü siyasəti, idarəçilik qabiliyyətli Lideri olan fəxarətli ölkəm! Sənin nə qədər vəsfinə gözəl sözlər desəm də cümlələr aciz qalar...
Bu günlər isə artıq müasir dövrün 21-ci əsrini yaşayırıq. Əqidəmiz Heydər əqidəsi, yolumuz isə İlham yoludur! Yenilməz Sərkərdəm, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 12 noyabr 2024-cü il tarixini də Azərbaycanın ən yeni tarixinə, növbəti uğuru kimi yaza bildi.
Azərbaycan mərhum Heydər Əliyevin dili ilə desək məhz bu gün dünyaya günəş kimi doğub. Azərbaycan bu gün dünya ölkələrinə böyük və beynəlxalq tədbirin, COP 29-un ev sahibliyini edir. Bəzi mənfur qüvvələr öz qara qəlbləri və məkrli düşüncələri ilə bu tədbirin baş tutmamasını, boykot olunmasını arzu etsələr də, nəticəsi olmadı.
Hər zamankı və bundan əvvəlki beynəlxalq tədbirlər kimi, dünyanın diqqəti hal-hazırda Azərbaycana, Bakı şəhərinə yönəlib. Sevindirici haldır ki, bu il Azərbaycan, Yaşıl Dünya Naminə Həmrəylik ilində bu tədbirə ev sahibliyi edir. Dünyada baş verən iqlim dəyişiklikləri, təbii hadisələr, fors-majorlardan heç bir ölkə sığortalanmayıb. Lakin bununla bağlı olan tədbirlər hər bir dünya ölkələri üçün ən azından qabaqlayıcı ehtiyat tədbirləri ola bilər.
12 noyabr 2024-cü il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakıda keçirilən COP 29–un Liderlər Sammitinin açılış mərasiminındə çıxışını böyük fəxarət və qürur hissi ilə televiziya vasitəsi ilə dinlədim . O deyirdi: “ Bu gün 196 ölkədən 72000 qeydiyyata alınmış COP 29 iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse –Prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz! “
Prezidentim, yenilməz sərkərdəm İlham Əliyevin çıxışındakı sonuncu cümləsində kövrəldim, qürur və minnətdarlıq hissi ilə illər öncə hələ məktəbli olarkən mərhum Süleyman Rüstəmin şeri yadıma düşdü. Bu şer sanki bu günkü günlərin reallığı üçün yazılıb...
Vətənimin seyrinə çağırıram elləri
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin!