Azərbaycan beynəlxalq arenada güvən, etibar və nüfuz sahibidir
Səmayə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 126 saylı körpələr evi-uşaq bağçasının müdiri
14 dekabr tarixində Türkəminstanda təşkil olunmuş Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə Prezident İlham Əliyev iştirak edib. Dövlətlərimiz arasında tarixən ortaq mənəvi dəyərlər, dini-mədəni və etnik cəhətdən sıx bağlılıq olmuşdur. Bu əlaqələr bu gün də uğurla davam etdirilir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaradır. Bu baxımdan Zirvə Görüşü regional əməkdaşlıq, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsi istiqamətində olduqca böyük əhəmiyyətə malikdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıraraq yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirir. Hal-hazırda ölkələrimiz tərəfindən bir çox layihələr icra edilməkdədir. Qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi ölkəmiz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı layihələr icra edilir. Bu layihələrin icrası ilə ölkəmiz önəmli tranzit ölkəsinə çevrilib. Sevindirici haldır ki, Azərbaycandan keçən ümumi tranzit daşımalarının həcmi bu il 80 faizdən çox artıb. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla sıx siyasi əlaqələri vardır. Səfər çərçivəsində imzalanmış sazişlər 3 ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Ticari-iqtisadi, elm-təhsil, gömrük, energetika, və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı əlaqələr ölkələrimiz daha da gücləndirəcək.
Əməkdaşlıq əlaqələrinın mövcudluğu və inkişafı cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası beynəlxalq arenada güvən, etibar, nüfuz sahibidir. Bunun əsasında sözsüz ki ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzuda əsas rol oynayır. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. Bu layihələrin icrası ölkəmizdə təkcə iqtisadi sahədə ticari dövriyyənin artmasıyla nəticələnmir, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təminatıdır.