Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstəkmühüm əhəmiyyətə malikdir
Ülkər Quliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu 30 nömrəli Ambulatoriyanın həkimi
Hazırda Bakı dünyanın ən gözəl şəhərlərində birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qoruyaraq müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya şəhər forumunda çıxışı zamanı qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Yenidənqurma prosesində hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Azad edilmiş ərazilərimizin mədənçilik baxımından xüsusi imkanları var. Bütün bu uğurların təməlində cənab Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasətivə qətiyyətli siyasi mövqeyi dayanır.