Azərbaycanla enerji əməkdaşlığı hazırda Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır
Əli Babazadə
Yeni Azərbaycan Partiyasının fəalı
Avropa ilə birgə enerji layihələrinin təməlləri hələ Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti illərində qoyulmuşdur. Məlum olduğu kimi ilkin əməkdaşlıqlar neft və qaz müqavilələri əsasında başlamışdır. Bunun nəticəsində ölkədə neft və qaz istehsalına xarici şitkətlər cəlb olunmuş, Azərbaycan nefti dünya bazarına çıxış əldə etmişdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsi, Cənub Qaz Dəhlizi boru kəməri kimi nəhəng layihənin həyata keçməsini bizim böyük iqtisadi uğurlarımız kimi təqdim etmək olar. Həqiqətən də, bu layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Bu dəhlizin sonuncu hissəsi olan TAP-ın işə düşməsi ilə dəhlizin tam fəaliyyəti başlamışdır. Bu Azərbaycan qazının tarixdə ilk dəfə Avropaya birbaşa daşınması demək idi.
Bizim üçün daha böyük uğur odur ki, Cənub Qaz Dəhlizinin təşəbbüskarı bizik. Bizim güclü iqtisadi potensialımız olmasa idi belə böyük bir layihənin 6 ilə reallaşması mümkün olmayacaqdı. Bu layihənin uğurla başa çatması beynəlxalq aləmdə Azərbaycana olan inamı da gücləndirdi. Təsadüfi deyil ki, layihədə iştirak edən dövlətlərin məşvərət şurası hər il Bakıda keçirilir. Bu layihə bizi əsas qaz ixracatçısı kimi tanıdır. Layihə bilavasitə Avropanı enerji təhlükəsizliyində xüsusi rol oynayır.
Eyni zamanda bu cür strateji əlaqələrimiz bizə siyasi tərəfdaşlar qazandırır. Beynəlxalq ictimaiyyəti bizim iradəmizi qəbul etməyə məcbur edir. Cənab Prezidentin dediyi kimi: Bu layihələrin işlənməsi bizə yeni dividentlər gətirəcək- həm iqtisadi, həm də siyasi !