Azərbaycanın iqtisadi potensialı yeni investisiya mərhələsinə qədəm qoyur
Rəna Abutalıbova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı körpələr evi- uşaq bağçasının müdiri
Müasir dövrdə qlobal iqtisadi sistemin sürətlə dəyişdiyi zamanda, geoiqtisadi proseslərin formalaşdırdığı şəraitdə dövlətlərin qarşısında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi mühüm vəzifələrdən biridir. Belə bir şəraitdə siyasi və iqtisadi sabitlik,əlverişli biznes mühiti, enerji və nəqliyyat infrastrukturu, insan kapitalı və digər amillərin əsas roluna çevrilir.
Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadi potensialını genişləndirərək dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində böyük rol oynayır. Bunlara enerji resursları, nəqliyyat- loqistika, rəqəmsal transformasiya və digər qeyri sektorları daxildir.
Beynəlxaq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın mövcud iqtisadi imkanlarının və inkişaf pioritetlerini əhatə edən mühüm mesajlarla yadda qalıb. Prezident eyni zamanda neft- qaz sektorunun dayanıqlı inkişafı ilə yanaşı enerji sahəsində də potensialın mövcud olduğunu qeyd etmişdir.
Loqistika və nəqliyyat yeni iqtisadi imkanlardan birini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi məhz loqistika, nəqliyyat və bağlantılardır.
Mədənçilik və təbii resurslar iqtisadiyyatın ən önəmli sərvətləri olub və dünyada mühüm rol oynayıb. Azərbaycanın dünyada neftin hasil etdiyi ilk məkanlardan biri olduğunu və ilk neft buruğunun ölkəmizdə qurulduğunu qeyd etmək lazımdır. Prezident İlham Əliyev həmçinin onuda vurğulamışdır ki hal- hazırda Dövlətimiz istər neft sektorunda istərsədə qeyri neft sektorunda yeni investisiya imkanları yaradan bir dövlətdir.
Azərbaycanın gələcək inkişaf modelində rəqəmsal texnologiyalarda mühüm yer tutur. Prezident qeyd etdiyi kimi bu sahədə kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Müasir texnalogiyaların əldə edilməsi və tətbiqi Azərbaycanın iqtisadiyyatının və yeni texnoloji sahələrin yaradılmasına eləcə də rəqəmsal transformasiya modellərinin genişlənməsinə imkan yaradır.
Siyasi və iqtisadi sabitlik investisiya mühitinin əsas dayağıdır. Prezident İlham Əliyev bugünkü dünyada ən önəmli məsələlərdən birinin məhz siyasi və iqtisadi sakitlik olduğunu vurğulayıb. Azərbaycan həmçinin etibarlı tərəfdaş olduğuna dair geniş əməkdaşlıq portfeli yaratmışdır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər təqdim olunan imkanların konkret əməkdaşlıq layihələrinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərini təşkil edir.
Enerji, loqistika, mədənçilik, rəqəmsal transformasiya, insan kapitalı və yeni texnologiyalar iqtisadiyyatın saxələnməsini və dayanıqlı artımını təmin edilməsini təşkil etməkdir. Forum çərçivəsində səsləndirilən fikirlər və imzalanan sənədlər Prezident İlham Əliyevin çıxışı qonaqların və iştirakçıların nəzərinə çatdırıldı.