Azərbaycanın geoiqtisadi inkişafı

Azərbaycanın geoiqtisadi inkişafı

Dadaş Əliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin direktoru

Geoiqtisadi inkişaf konsepsiyası ilə milli iqtisadi mənafelərin daha aydın başa düşülməsində sosial, mənəvi və s. meyarların əhəmiyyəti daha da güclənir.Təkmilləşmə,inteqrasiya, iqtisadi əməkdaşlıq ölkənin hərtərəfli güclənməsinə şərait yaradır.Azərbaycanın geoiqtisadi inkişaf strategiyasının möhkəmlənməsində beynəlxalq əhəmiyyət daşıyan müqavilələrin də rolu böyükdür. Ölkəmizin sosial-iqtisadi uğurlarının səbəblərindən biri də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşmasıdır. Kəmərin çəkilməsi müddətində işlər aparılan zaman ümummilli lider Heydər Əliyev demişdir: “Bizim ən böyük nailliyyətimiz Bakı neftinin Ceyhandan dünya bazarlarına göndərilməsi olacaq. O zaman Azərbaycan iqtisadi cəhətdən çox qüdrətli dövlətə çevriləcəkdir”.
20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, 12 iri neft şirkəti arasında beynəlxalq səviyyədə müqavilə imzalanmışdır. Nəticədə ölkəmizin yeni neft strategiyasının uğurla həyata keçirilməsinin əsası qoyulmuşoldu, müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Həmin ilin 12 dekabrında qüvvəyə mindi.


Ulu öndər Heydər Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayan, “Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Dünyanın ən böyük ixracatçısı, eyni zamanda ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.
Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan “İpək yolu iqtisadi” kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həmçinin onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu bəyan ediblər. Prezident İlham Əliyev bu barədə deyib: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq”.


2019-cu il dövlətimiz üçün eyni zamanda nəqliyyat dəhlizi olaraq mövqelərini gücləndirilməsi ilə yadda qalmışdır. Tarixi İpək Yolunun bərpası üçün təşəbbüsün vacib həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, həmçinin bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi də çıxış edib.
Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını artıran odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib.
Nəticədə isə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli hala çevrilə bilib,nəqliyyat imkanlarının təhlilini nəzərdən keçirdikdə müxtəlif istiqamət üzrə nəqliyyat xətlərinin inkişafı aydın nəzərə çarpır.Azərbaycan Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması, dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı ölkəmizin iqtisadi maraqlarına uyğundur. Tranzit yüklərin daha geniş cəlb olunmasına, gəlirlərinin artmasına, tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərınin açılmasına və digər problemlərin həllinə şərait yaradır.

Son illərdə ölkəmizin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir. Ölkəmiz bir çox sahələrdə olduğu kimi geoiqtisadi sahələrdə də inkişaf etməkdə, günü-gündən uğurlar qazanmaqdadır.