Azərbaycan xalqı təhlükəsizliyə, real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə səs verdi

Azərbaycan xalqı təhlükəsizliyə, real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə səs verdi

İlahə Qurbanova

YAP-ın təəssübkeşi
Suraxanı rayonu 146 saylı tam orta məktəbin müəllimi

11.04.2018–ci ildə keçirilmiş növbədənkənar prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini, birliyini, möhkəmliyini sübut etdi. Xalqımız dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı təhlükəsizliyə, real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə səs verdi.

Son illərdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bir çox sahələrdə yüksək nəticələrə nail olunmuşdur. Bu gün ölkəmizin iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı
sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahəyə diqqətin artırılması bu sahənin inkişafına müsbət təsir göstərir. Belə ki, Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə bu sahənin inkişafı kənd yerlərində
yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir.

Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin idman sahəsindəki fəaliyyəti hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi. Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü – gündən artır.

Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman strukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb.Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm də yerli istehsalı gücləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı ,canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun – deyirik!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev !