Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər 30 ildir ki, mövcuddur

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər 30 ildir ki, mövcuddur

Elnur Hüseynov

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktoru

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Tarix üzrə fəlsəfə doktoru

Cari ilin sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində işgüzar rəsmi səfərdə olub. Səfərin məqsədi iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıqları genişləndirməkdir. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər artıq 30 ildir ki, mövcuddur. Cənab Prezident səfər çərçivəsində sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European Hous– Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edib. Qeyd etmək lazımdır ki,1965-ci ildən fəaliyyət göstərən “The European House-Ambrosetti” İtaliyanın idrəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur.

Səfər çərçivəsində həm də Cənub Qaz Dəhlizi üç boru kəməri sistemi-Cənubi Qafqaz boru kəməri, Trans –Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri vasitəsi ilə neftin və qazın idxalına dair yeni sənədlər imzalandı. Bildiyimiz kimi bu boru xətləri İtaliyaya qədər uzanan 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişilmə təşəbbüsünü öz üzərinə götürdü. Təsdiq edilmiş ehtiyacları 2.6 trilyon kubmetrə bərabərdir. Bərpa olunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhtəlikdir. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.

Səfər çərçivəsində “İL Sole 24 Ore “qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində iki ölkə arasında əlaqələrin qurulması haqqında imzalanan sazişlər haqqında məlumat verdi. Müsahibədə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə də toxunuldu. Çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlar məqsədi ilə görüşəcək. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya biləcəyik. Dövlətimiz azad olunmuş ərazilərdə bərpa işləri aparmaqda davam edir. Enerji infrastrukturunun həmin ərazilərdə Qarabağ və Zəngəzurda inşa olunan stansianın potensialı 10 qiqavatdan çoxdur. Bütün bu görülən işlər dövlətimizin inkişafında uğurla və inamla addımladığının göstəricisidir. Çünki xalq öz   Prezidenti Cənab Baş komandan İlham Əliyevin siyasətinə inanır və onu dəstəkləyir.